Elektron hökumət portalı haradan və necə idarə olunur?- Fotoreportaj

27-02-2015 / 15:04

Son dövrlərdə ölkədə elektron hökumət quruculuğu prosesi xeyli sürətlənib. Hər gün bu sahədə yeni layihələrin reallaşdığının, yeni xidmətlərin elektron formaya keçirildiyinin şahidi oluruq.

Bütün bu proseslərin mərkəzində isə “Elektron hökumət” portalı dayanır.

Elektron hökumət quruculuğunun ən böyük layihəsi olan “Elektron hökumət” portalının iş rejimi, onun dizayn və məzmun cəhətdən yenilənməsi və təhlükəsizliyinin təmin edilməsi cəmiyyətin diqqət mərkəzində olan məsələlərdəndir.

Bunu nəzərə alaraq Xəbərlər “Elektron hökumət” portalının operatoru funkisyasını yerinə yetirən Rabitə və Yüksək Texnologiyalar Nazilriyinin Məlumat Hesablama Mərkəzindən  fotoreportaj hazırlamaq qərarına gəldi.   

Reportajı təqdim edirik:

Müraciətlərin operativ cavablandırıldığı Zəng Mərkəzi

MHM tərəfindən təqdim edilən xidmətlərin rahat, əlverişli şəkildə istifadəsini təmin etmək, daxil olan müraciətlərin operativ cabalandırılması, bir sözlə istifadəçi məmnuniyyətini nəzərə alaraq, ötən ilin sentyabr ayında "157” Zəng (Çağrı) Mərkəzi yeni platformaya keçirilib. Mərkəz yeni proqram təminatı ilə təchiz olunub, operatorlar arasında yenidən ixtisaslaşma aparılıb və texniki sualların cavablandırılması üçün müvafiq mütəxəssislər seçilib.

Nəzarət məqsədilə operatorların bütün cavabları online qeydiyyata alınır və uzun müddətə arxivləşdirilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə Zəng Mərkəzinə giriş yalnız biometrik kartlar vasitəilə mümkündür.

Mətbuat orqanları ilə işləyən və sosial medianı idarə edənlər 

Mətbuat qrupu "Elektron Hökumət" portalı, E-imza daxil olmaqla, MHM tərəfindən həyata keçirilən bütün layihələri və tədbirləri MHM-in internet saytlarında və facebook səhifələrində işıqlandırır, mətbuat orqanları ilə əlaqələri təşkil edir. Bu layihələrlə bağlı, müsabiqələr, maarifləndirici tədbirlər təşkil edir. Daxil olan müraciətləri, rəy və təklifləri öyrənir və operativ şəkildə cavablandırır.

Mütəmadi olaraq xarici ölkələrin "Elektron Hökumət" portalı, e-imza sahəsində təcrübələri öyrənilir, təhlillər aparılır, maarifləndirici məqalələr hazırlanır. Eyni zamanda saytların təkmilləşdirilməsi, yeni bölümlərin, funksionallıqların  yaradılması üçün təkliflər verilir.

Görüləcək işlər, həftəlik planların açıqlandığı Məşvərət otağı

MHM-də  mühəndis-proqramçı heyətin iş prosesinin ayrılmaz hissəsi olan bilik və informasiya mübadiləsi üçün xüsusi məşvərət otağı yaradılıb və zəruri texniki avadanlıqlarla təchiz edilib. Burada yaradılan yeni proqramlar, yeni məhsulların yaranma prosesləri müzakirə olunur, görüləcək işlər, həftəlik planlar açıqlanır, həmçinin, yeni yaradılan məhsulların təqdimatı keçirilir. Bu otaqda bilik və informasiya mübadiləsi aparılır və yeni proqram təminatları və İT texnologiyalar üzrə təlimlər keçirilir.

Şəbəkə və server administratorları

Şəbəkə və server administratorları "Elektron Hökumət" və MSXM infrastrukturunun əsas komponentləri olan serverlərin və MHM-də istismar edilən digər billinq sistemlərində istifadə olunan serverlərin quraşdırılması, əməliyyat sistemlərinin yüklənməsi, onların təhlükəsiz işləməsi və s. məsələləri təmin edirlər. Onlar dövlət qurumları ilə əlaqədə çalışır və həmin qurumlara adaptasiya və təhlükəsizlik serverlərinin quraşdırılmasına, şəbəkənin qurulmasına köməklik göstərirlər. Eyni zamanda avtomatlaşdırılmış monitorinq sistemi vasitəsilə serverlərin dayanıqlı işinə nəzarət edirlər.

79 dövlət informasiya ehtiyatı və 155 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb

Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri şöbəsinin müdiri İlqar Abdullayev qeyd edir ki, reyestrlərin formalaşdırılmasına 2012-ci ilin dekabr ayında başlanılıb və keçən dövr ərzində 79 dövlət informasiya ehtiyatı və 155 fərdi məlumatların informasiya sistemi reyestrlərdə dövlət qeydiyyatına alınıb:

“Prezident İlham Əliyevin 5 fevral 2013-cü il tarixli 813 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron hökumət” portalı haqqında Əsasnamə”yə əsasən dövlət informasiya ehtiyatlarının reyestri “Elektron hökumət” portalının texniki-texnoloji infrastrukturunun əsas komponentlərindən biri kimi müəyyən edilib. Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri “Elektron hökumət” portalının Operatoru olaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (bundan sonra – MHM) tərəfindən aparılır. MHM-də Dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrləri şöbəsi mövcuddur. Bu şöbə dövlət informasiya ehtiyatlarının və fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrlərinin fəaliyyətini təşkil edir, səlahiyyətləri daxilində bu sahə üzrə aidiyyəti funksiyaları həyata keçirir, mütəmadi olaraq şöbənin əməkdaşları tərəfindən qurumlarda informasiya ehtiyatlarının və sistemlərinin monitorinqini həyata keçirilir”.

Dispetçer otağı

MHM-nin bütün iş otaqlarında, server otağında, koridorlarda, çıxış-giriş məkanlarında  kameralar yerləşdirilmişdir və 24 saat ərzində bütün görüntülər qeyd olunur. Sutka ərzində növbətçilər tərəfindən dispetçer otağında yerləşdirilmiş böyük monitorlar vasitəsilə bütün kameraların işinə nəzarət olunur.

Bakı və Sumqayıt şəhərlərində qurulmuş server otaqları da növbətçilər tərəfindən bütün sutka ərzində kameralar vasitəsilə izlənilir. Server otaqlarında hətta havanın temperaturunda dəyişiklik olduqda belə növbətçilər tərəfindən Təlimata uyğun müvafiq tədbirlər görülür.

Vətəndaşları, dövlət qurumlarını, hüquqi və fiziki şəxsləri elektron imza sertifikatları ilə təmin edən mərkəz

Milli Sertifikat Xidmətləri Mərkəzi (MSXM)  şöbə müdiri Arif Mayılovun sözlərinə görəMərkəz vətəndaşları, dövlət qurumlarını, hüquqi və fiziki şəxsləri elektron imza sertifikatları ilə təmin edir. Həmçinin, MSXM ölkə ərazisində fəaliyyət göstərmək istəyən SXM-ləri akkreditə edir və onları Milli Sertifikat Xidmətləri strukturuna daxil edir. Vətəndaşlar e-imza sertifikatlarını əldə etmək üçün Azərpoçt” MMC-nin PF-lərində mövcud Qeydiyyat Mərkəzlərinə, “Bank of Baku”-da  yaradılan Qeydiyyat Mərkəzinə eləcə də, www.e-imza.az saytında onlayn olaraq müraciət edə bilərlər.

Söhbətimiz zamanı o da aydın olur ki, ötən il e-imza sertifikatlarının verilməsi işinin sadələşdirilməsi məqsədilə sənədləşmə prosesinin avtomatlaşdırılması üçün MHM tərəfindən yeni billing proqramları yazılıb istismara verilib, həmçinin, MHM-in tərkibində E-imza Qeydiyyat Mərkəzi yaradılıb.

Texniki Xidmət şöbəsinin müdiri Sədaqət Məhərrəmov rəhbərlik etdiyi şöbənin məsuliyyətindən danışır: "AzDataKom" infrastrukturunun və şəbəkənin qurulması, Respublikanın bütün şəhər və rayon ATS-lərində müvafiq avadanlıqların quraşdırılması, ADSl abunəçilərinin şəbəkəyə qoşulması, şəbəkənin dayanıqlı işinin təmin edilməsidir. Eyni zamanda şöbə MHM-də istismar edilən kompüter və şəbəkə avadanlıqlarının normal işinin təmin edilməsinə məsuliyyət daşıyır.

O, həmçinin vurğulayır ki, AzDataKom şəbəkəsi  hazırda Respublikanın bütün ərazisini tam şəkildə əhatə edir və ölkənin istənilən nöqtəsində istifadəçiləri keyfiyyətli genişzolaqlı internet xidmətləri ilə təmin etmək mümkündür.

Veb-dizayn şöbəsinin müdiri Emin Novruzov qeyd edir kiVeb-dizayn şöbəsi "Elektron Hökumət" portalının dizayn işləri də daxil olmaqla, MHM tərəfindən hazırlanan bütün saytların və digər proqram məhsulların dizayn işlərini həyata keçirir.

Emin Novruzovun sözlərinə görə, şöbə hazırda tezliklə infoköşklər vasitəsilə vətəndaşların istifadəsinə veriləcək "Elektron arayışlar" ın dizaynı üzərində çalışır.

Yeni Texnologiyalar şöbəsinin müdiri Cəmşid Naxçıvanski ilə söhbətimiz zamanı aydın olur ki, bu şöbə 24 saat serverlərin işinə nəzarət edir: “Bu şöbənin əsas funksiyası "Elektron Hökumət" infrastrukturunun qurulması, elektron xidmətlərin proqramlaşdıılması və portala inteqrasiyası, serverlərin və şəbəkənin təhlükəsizliyi və sair sahələri əhatə edir. Şöbənin proqramçıları bütün dövlət qurumları ilə sıx əlaqədə çalışır, elektron xidmətlərin mövcud texniki tələblərə uyğun şəkildə hazırlanaraq portala inteqrasiya edilməsini təmin edirlər.

Eyni zamanda avtomatlaşdırılmış monitorinq ssistemi vasitəsilə serverlərin işinə 24 saat ərzində nəzarət və portalın davamlı işinin təmin edilməsi  Yeni Texnologiyalar şöbəsi tərəfindən həyata keçirilir”.

Elektron hökumət portalı üzrə çalışan proqramistlərin isə şəklini çəkməklə kifayətlənirik:

Mirvari Nəcəf

Fotolar: Nəcəf Nəcəfli


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə