“Elektron hökumət” portalına yeni xidmətlər əlavə edilib

28-08-2015 / 10:08

Nazirlər Kabineti “Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət”portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Xeberler.az bildirir ki, qərarla, “Elektron məhkəmə", “Tələbə-məzun”, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Vahid elektron informasiya sistemi, Ailə tərkibi və təsərrüfatı barədə, qəyyumluqda (himayədə) olan uşaqlar haqqda məlumatlar, Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinin vahid məlumat sistemi, Mərkəzi Bankın Mərkəzləşdirilmiş Kredit Reyestri “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”na əlavə edilib.

Dəyişikliklə bağlı qərarı isə baş nazir Artur Rasi-zadə  imzalayıb.

Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə