“Elektron hökumət” portalının mobil əlavəsinin yeni versiyası hazırlanır

23-07-2015 / 15:03

Məlumat verdiyimiz kimi, ilin əvvəlində “Elektron hökumət” portalının mobil tətbiqinin Beta versiyası hazırlanıb.

Tətbiqin həm Android, həm də İOS üçün versiyaları mövcuddur, Google Play və App Store app mağazalarında yerləşdirilib.

Əvvəllər də məlumat verdiyimiz kimi, bu mobil tətbiq  tam hazır bir vəziyyətdə deyil. Belə ki, mobil tətbiqdəki imkanların heç də hamısı tam rejimdə fəaliyyət göstərmirdi.

Xeberler.az hazırda  portal tərəfindən həyata keçirilən mobil tətbiqin hazırlanması istiqamətindəki işlərlə maraqlanıb.

“Elektron hökumət” portalının operatorundan Xeberler.az-a verilən məlumata görə, portalın mobil tətbiqinin yeni versiyası hazırlanır və hazır olan kimi ictimaiyyətə təqdim ediləcək.

Bildirilib ki, hazırda mobil tətbiq vasitəsilə təqdim olunacaq xidmətlər hazırlanır. 

Portalda mövcud olan xidmətlərin yalnız müəyyən bir hissəsinin mobil tətbiqdə olacağı gözlənilir.

Xeberler.az-a o da bildirilib ki, yaxın vaxtlarda mobil tətbiqin yeni versiyası üzərində işlər başa çatdırılacaq.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə