Elektron Hökumət Təlim-Tədris Mərkəzi yaradılır

21-05-2015 / 16:34

Azərbaycanda Elektron Hökumət Təlim-Tədris Mərkəzi Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) yaradılır. Mərkəzin qeydiyyata alınması üçün Nazirlər Kabinetinə müraciət olunub. MMC “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”ya əsasən təşkil edilir.

Mərkəz Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Koreya Respublikasının Xarici İşlər Nazirliyi arasında 2013-cü ilin aprelin 18-də imzalanan “Azərbaycanda Elektron Hökumət üçün Təlim Mərkəzinin yaradılmasına dair qrant razılaşması” çərçivəsində yaradılır.

Xeberler.az-ın məlumatına görə, Nazirlikdən  bildirilib ki, qrant razılaşması əsasında Bakı şəhəri və 15 region daxil olmaqla (Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir, Bərdə, Lənkəran, Qazax, Zaqatala, İmişli, Qəbələ, Göyçay, Şirvan, Şamaxı, Qusar və Şəki), ümumilikdə, 17 mərkəz qurulub.

Elektron Hökumət Təlim-Tədris Mərkəzinin əsas idarəetmə mərkəzi Bakı şəhərində yerləşir. Bakı və regionlarda yerləşən mərkəzlər arasında real zaman rejimində dərslərin təşkili üçün telekonfrans sistemi yaradılıb. Bunun üçün mərkəzlər zəruri avadanlıqla və proqram təminatı ilə təmin edilib.

Dövlət qulluqçularının informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədi ilə yaradılan mərkəzlərdə “e-hökumət” həllərinin tətbiqi, informasiya təhlükəsizliyi üzrə nəzəri və praktiki biliklər tədris olunur və vətəndaşların elektron xidmətlərdən istifadəsi zamanı lazımi metodiki kömək göstərilir. (Azərtac)

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR




sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.