Elektron Hökumətin İnkişafı Mərkəzinin bir ili tamam oldu

13-03-2019 / 19:03
Sabah “Elektron Hökumətin İnkişafı Mərkəzi”nin yaradılmasının bir ili tamam olur.
Qurum Prezident İlham Əliyevin 14 mart 2018-ci il tarixli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Ötən müddət ərzində hansı işlər görülüb və hansı problemlər qalıb ?

Qısa müddət ərzində Mərkəz tərəfindən bir sıra işlər görülüb.
Bütün dövlət qurumları təmsilçilərindən ibarət elektron hökumətin inkişafi üzrə Kordinasiya Qrupu yaradılıb və Qrup fəaliyyətə başlayıb. Kordinasiya məsələsinin həlli, sahə üzrə gələcək işlərin sahmanlanması baxımından önəmli məslələrdən biridir.

Dövlət qurumlarının elekron sistemləri arasında inteqrasiya prosesi az da olsa sürətlənib.

eGov Portalı təkmilləşdirilib, alt sistemlər ( AsanFinans və s. ) , e-Agro, ASAN Visa, Dövlət Satınalmaları sistemi, Tikintiyə icazə üçün onlayn müraciət və s. resurslar hazırlanıb.

Mərkəz bir sıra faydalı və əhəmiyyətli dövlət resurslarının (MİDA və s) yenidən işlənməsi və uğur qazanması prosesində aktiv iştirak edib.
Uğurlu sahələrdən ən önəmlisi alt sistemlərdir ki, bunlardan istifadə etməklə həm özəl və həm də dövlət sektoru daha çevik fəaliyyət göstərə bilirlər. (Onlayn bank hesablarının açılması, şirkətlərin ASAN Pay üzərindən dövlət xidmətlərinin ödəniş sisteminin qurulması və s.).

Elektron xidmətlərin qiymətləndirilməsi, digər dövlət qurumlarının elektron xdimətlərinin təşviqi və qiymətləndirilməsi və eGov quruculuğunun inkişafı sahəsində Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şura ilə əməkdaşlıq da güclənib.

İnformasiya sistemləri ilə bağlı, milli məkan məlumatları ilə bağlı, elektron xidmətlərə verilən tələblərlə bağlı hüquqi normativ sənədlər də hazırlanıb və təsdiqlənib.

Son bir neçə gündə isə daha faydalı bir sistem, vətəndaşların şəxsi kabineti olan  myGov hazırlanıb və ikin təqdimatı keçirilib. Düşünürəm ki, bu resurs vətəndaşlar üçün xeyli əhəmiyyətli olacaq və eGov-un faydalılığını xeyli artıracaq.

Gözləntilər və problemlər.
eGov Mərkəzi güman ki, zamanla bağlı və komandanın tam formalaşmaması ilə bağlı hələlik aşağıdakıları reallaşdıra bilməyib.

1. Dövlət qurumları arasında inteqrasiya başa çatmayıb. Hələ də bir dövlət qurumunda informasiya olmasına baxmayaraq digər dövlət qurumu onu vətəndaşdan kağız formada tələb edir. Hələlik dövlət qurumlarının informasiya sistemləri əsasən xarici resurs olan X-road üzərində “oturub”. Bu sahədə milli resursun hazırlanması başa çatmayıb

2. Xidmətlərin elektronlaşması və rəqəmsallaşma sahəsində hüquqi təminat çox aşağı səviyyədədir. Bu sahədə hüquqi islahatlar rəqəmsallaşmadan çox geri qalır. Elektron sənədlərin tanınması, elektron imzaya əsaslanan xdimətlərin azğlığı problemlər yaradır.
Yəni, bəzən mövcud hüquqi-bürokratik proseduraların üzərində olan xidmətlərin elektrona çevrilməsi baş verir ki, bu da sonda ciddi problemlər yaradır. Mövcud proseduraların sadələşdirib onun üzərində rəqəmsallaşma aparılmasına daha çox diqqət yetirilməlidir.

3. myGov hazırlansa da hələlik vətəndaşlar eGov-dan yetərincə bəhrələnə bilmirlər. Vətəndaşla əlaqəli, FİN-ə bağlı bütün məlumatların , bildirişlərin və xidmətlərin vahid bir məkana miqrasiyası hələlik yarımçıqdır.

4. eGov-un populyarlığı, e-xidmətlərdən istifadə səviyyəsi və bu istiqamətdə maarifçilik işlərini də yetərli hesab etmək olmaz.

5. eGov Mərkəzi qarşısında duran əsas vəzifələrdən biri də elektron imza ilə bağlıdır. Hələ də yeni nəsil şəxsiyyət vəsiqələrində e-imza aktivləşdirilməyib və düşünürəm ki, bunun həllinə Mərkəz yetərincə diqqət ayırmayıb. Həmçinin də hələlik ölkədə sənədlər əsasən xarici resurs olan ASAN imza ilə imzalanır ki, bu da təhlükəsizliklə bağlı doğru deyil. Həmçinin də ASAN imza dövlət layihəsi olmasına baxmayaraq, əsassız olaraq hər ay vətəndaşlardan və hüquqi şəxslərdən 0.5 milyon manat vəsait “qopardır”. Düşünürəm ki Mərkəz bu sahədə ciddi işlər görməli, daha asan vasitəylə xidmətlərdən istifadə imkanları yaratmalı və alternativlər təklif etməlidir.
 
eGov Mərkəzi yeni binaya köçüb, yaxşı şəraitləri var və yeni Komanda formalaşmaqdadır . Xeyli peşəkar gənclər işə cəlb olunub.
İnanıram ki qısa zamanda bu sahədə ciddi uğurlar əldə olunacaq.

Osman Gündüz
13.03.2019

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.