Elektron imza-dan istifadə sayı 13 milyonu keçdi

04-06-2016 / 10:11

İyunun 1-nə olan statistikaya əsasən, bu günə qədər dövlət qurumları üzrə 59100, fiziki şəxslər üzrə 16120, hüquqi şəxslər üzrə isə 15310 elektron imza sertifikatı istifadəyə verilib.

Bu barədə Xeberler.az-a Milli Sertifikat Xidmətləri Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, ümumilikdə isə, bu günə qədər Milli Sertifikat Xidmətləri Mərkəzinin təqdim etdiyi e-imza  sertifikatlarının sayı 90530-a çatıb.

2016-cı ilin may ayı ərzində istifadəyə verilən elektron imza sertifikatının sayı 2792 təşkil edib. Onlardan dövlət qurumları üzrə 2318, fiziki şəxslər üzrə 46, hüquqi şəxslər üzrə isə 428 e-imza sertifikatı istifadəyə verilib.

"Elektron hökumət" portalının autentifikasiya vasitələrindən biri sayılan elektron imza  vasitəsilə 1 iyun 2016-cı il tarixədək həyata keçirilən sənəd imzalama və autentifikasiya tranzaksiyalarının toplam sayı dövlət qurumları tərəfindən 11 095 046,  hüquqi və fiziki şəxslər tərəfindən isə 2 411 725 olmaqla ümumən 13 506 771 olub.

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.