Elektron imza sertifikatlarının sayı 97 mini ötdü

19-10-2016 / 11:00

Məlum olduğu kimi, elektron imza virtual mühit istifadəçisinin şəxsiyyətini müəyyənləşdirən vasitə, təsdiqedici komponentdir. O, elektron sistemdə imzanın daşıdığı bütün funksiyaları yerinə yetirən, göndərilmiş elektron məlumatı kodlaşdıran və göndərəni təyin edən ədədi koddur.

Elektron sənəd mübadiləsinin təsdiqləyici elementi kimi elektron imza virtual məkanda prosesin təhlükəsiz və çevik icrasını təmin edir. Məhz bu səbəbdən ondan istifadə bu gün yetərincə aktualdır və ümumən “elektron imza” istifadəçilərinin sayı artmaqda davam edir.

Elektron imza sertifikatlarının istifadəyə verildiyi gündən cari ilin 1 oktyabr tarixinədək olan statistikaya əsasən, dövlət qurumları üzrə 64008, fiziki şəxslər üzrə 16590, hüquqi şəxslər üzrə isə 16526 olmaqla, ümumilikdə 97124 elektron imza  sertifikatı Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.

Bu barədə Xeberler.az-a Milli Sertifikat Xidmətləri Mərkəzindən məlumat verilib.

Məlumat üçün bildirək ki, 2016-cı ilin 9 ayı ərzində istifadəyə verilən elektron imza sertifikatının ümumi sayı 19892 təşkil edib. Onlardan dövlət qurumlarının payına 16470, fiziki şəxslərin payına 772, hüquqi şəxslərin payına isə 2650 elektron imza sertifikatı düşüb.

 

 

Məltəm Talıbzadə


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.