Elektron imzaların sayı xeyli artıb

14-01-2015 / 10:07

2014-cü ildə Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı 60 faiz artaraq 2015-ci il yanvarın 1-nə 28 579 ədəd təşkil edib. Məlumatı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) veriblər.

Xeberler.az saytı Trend-ə istinadən məlumat verir ki, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 17 114 ədəd düşüb, 4 838 ədəd hüquqi şəxslərə, 6 628 ədəd isə vətəndaşlara verilib.

"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 452 ədəd təşkil edir və portalda 322 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 463 ədəd təşkil edir.

"Elektron hökumət" portalına müraciətlərin sayı da xeyli artıb. 2014-cü ilin yekunları üzrə bu göstərici 3,1 milyonu ötüb. Ötən il portaldakı xidmətlərdən 890 804 nəfər istifadə edib.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.