“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015 / 13:10

İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi elektron hökumətin genişləndirilməsi siyasətinə uyğun olaraq “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddət ərzində genişmiqyaslı işlər görülüb.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən Xeberler.az-a verilən məlumata görə, beynəlxalq ekspertləri cəlb etməklə bu istiqamətdə zəruri ehtiyacların müəyyənləşdirilməsi məqsədilə mövcud hüquqi və təşkilati çərçivələr təhlil edilib, texniki şərtlər hazırlanıb.

Bunun əsasında hazırda Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sisteminin” (IACS) prinsiplərinə əsaslanan və 7 alt moduldan (torpaq sahələrinin identifikasiyası sistemi, fermer təsərrüfatlarının reyestri, sənədlərin idarə olunması sistemi və s.) ibarət olan “Elektron kənd təsərrüfatı” sisteminin tətbiqi üçün praktiki fəaliyyətə başlanılıb. Bu məqsədlə xidmətlərin satınalınması məqsədilə tender keçirilib və beynəlxalq məsləhətçilər qrupundan ibarət konsorsium seçilib.

Həmçinin “Aqrolizinq” ASC tərəfindən aparılan bütün əməliyyatların elektron-uçot sisteminə keçirilməsi başa çatdırılıb, o cümlədən güzəşt tətbiq ediləcək texnikalarla bağlı xüsusi proqram təminatı hazırlanıb və elektron məlumat bazası yaradılıb. “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən kənd təsərrüfatı texnikalarına güzəştlərin tətbiqi ilə əlaqədar 2014-cü il noyabrın 1-dən etibarən nazirliyin (www.agro.gov.az) və “Aqrolizinq” ASC-nin (www.agrolizing.gov.az) rəsmi internet saytları vasitəsilə onlayn rejimində müraciətlərin qəbuluna başlanılıb.

Heyvandarlıqla məşğul olan fermer təsərrüfatlarının və digər dövlət baytarlıq nəzarəti obyektlərinin elektron qeydiyyatına başlanılıb və indiyədək 4810-dək obyekt qeydiyyata alınıb. Kənd təsərrüfatı heyvanlarının qeydiyyatı, heyvan xəstəlikləri və onlara qarşı mübarizə tədbirləri, aylıq və rüblük baytarlıq hesabatlarının elektron informasiya sistemində həyata keçirilməsi işləri davam etdirilir.

2014-cü ildən ölkədə fəaliyyət göstərən süni mayalama texnikləri tərəfindən aylıq hesabatların Kənd Təsərrüfatı Nazirliyinə elektron formada təqdim olunması sistemi qurulub. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən göstərilən üç xidmət elektron xidmətlərin siyahısına daxil edilib.

Hazırda nazirlik tərəfindən göstərilən 19 elektron xidmət “Elektron hökumət” portalına inteqrasiya olunub.



ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.