Elektron kitabxana resursu yeniləndi

25-08-2015 / 11:41

Azərbaycan dilində fəaliyyət göstərən elektron kitabxana resursu ( e-book.az) istifadəçilərə yeni versiyada təqdim olunub.

Xeberler.az-ın məlumatına görə, saytın yeni versiyası  ilə bu linkdən tanış olmaq mümkündür.

Resursda Azərbaycan dilində olan müxtəlif kitabların elektron versiyaları vahid bazada cəmləşdirilib və bu da oxucuların həmin resursdan istifadəsini asanlaşdırıb.

Elektron kitabxanadakı materiallar bir sıra kateqoriyalara görə sıralanaraq saytda axtarış sistemini asanlaşdırıb. Bazada kitabların əksəriyyəti istifadəçilər tərəfindən yerləşdirilib. Belə ki, istifadəçilər   qeydiyyatdan keçərək, Azərbaycan dilində olan vəsaitləri resursa yerləşdirə bilirlər.

Qeydiyyatdan keçən istifadəçilər resursda rəy də yaza bilərlər.

E-book.az resursu 2013-cü ildən  fəaliyyətə başlayıb. Elektron kitabxanada Azərbaycan dilində olan kitabların elektron forması toplanıb.

 

Məltəm Talıbzadə

 

 

 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə