Elektron məhkəmə sisteminin yaradılması nə zaman başa çatacaq ?

05-04-2019 / 15:29

"“Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” 2014-cü il fevralın 13-də Prezident Sərəncam imzalayıb. “Elektron məhkəmə” sisteminin yaradılmasını nəzərdə tutan "Mütərəqqi ədliyyə xidmətləri və müasir məhkəmə infrastrukturu" Layihəsinə 5 il bundan öncə start verilib. Bu məqsədlə Dünya Bankı və Azərbaycan Hökuməti (Ədliyyə Nazirliyi) arasında 2014-cü ildə Müqavilə imzalanıb. Layihənin keçirilməsində məqsəd məhkəmə infrastrukturunun müasirləşdirilməsi, elektron məhkəmə sisteminin yaradılması, ədalət mühakiməsinin həyata keçirilməsinin sürətləndirilməsi, elektron hüquqi xidmətlərin genişləndirilməsi ilə ədliyyə sisteminə dair vətəndaşların məmnunluğunun artırılmasını təmin etmək olub. Bildiyim qədər Layihənin dəyəri 200 milyon $ olub. Layihə gələn il başa çatmalıdır. Ötən müddət ərzində bir xeyli işlər görülüb, bir neçə infomasiya resursları yaradılıb (e-mehkeme.gov.az, courts.gov.az və s.). Bəzi proseslərdə özüm də iştirak etmişəm. Layihənin icrası ilə bağlı proseslərdə BestComp , Eurodesign kimi İT şirkətlərimiz işirak edib. Bununla belə hazırlanan mövcud resursları monitorinq etdikdə görmək olar ki, elə də təkmil deyil, istifadə üçün rahat deyil, axtarış imkanları yetrəli deyil və s. Layihəyə məsul şəxslərin məlumatlılıqla bağlı , informasiya təminatı ilə bağlı işləri və eyni zamanda Dünya Bankı tərəfindən də bu istiqamətdəki məlumatlılıq və şəffaflılıq işlərini yetərli hesab etmək olmaz. " 

Xeberler.az  məlumat verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz bildirib. Ekspert Elektron məhkəmə sisteminin hələlik az sayda məhkəmələrdə tətbiq olunduğunu qeyd edərək “Elektron məhkəmə” sisteminin qurulmasının tezliklə başa çatacağına ümid etdiyini də vurğulayıb :

"Ümumiyyətlə “Elektron məhkəmə” hələlik az sayda məhkəmələrdə tətbiq olunur.  Proseslər çox ləng gedir. Artıq 5 il keçib amma məhkəmələrdə rəqəmsallaşma başa çatmayıb. Bir neçə gün öncə Prezident tərəfindən qəbul olunan məhkəmə-hüquq sistemində islahatların daha da dərinləşdirilməsi bağlı Fərmanda bu sahədəki işlərin də başa çatdırılması haqqında göstərişlər verilib. Güman ki bu sahədə işlər çox uzandığından Fərmanda məhz qeyd olunan sahə üzrə təşkilati işlərin, yəni “Elektron məhkəmə” sisteminin bütün məhkəmələrdə tətbiqinin başa çatdırılması haqqında konkret göstəriş verilib.  Bu məqsədlə büdcə vəsaitlərindən də istifadə nəzərdə tutulub. Ümid edirəm bundan sonra ölkə üzrə “Elektron məhkəmə” sisteminin qurulması tezliklə başa çatacaqdır."


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.