Elektron məktəb üçün elektron müəllim kursu keçirilir

06-01-2015 / 13:22

Təhsil Problemləri İnstitutunda “Elektron məktəb üçün elektron müəllim” kursu keçirilir.

Xeberler.az AzərTAc-a istinadən xəbər verir ki, kurs auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı və eyni zamanda, distant yolla bir ay davam edəcək. Elektron təhsilə keçidlə əlaqədar olaraq kursda mühazirə, təqdimat, müzakirə, "workshop", debat və digər təlim formatlarından istifadə olunur.

Kursda “Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri”, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi”, “Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, “Distant təhsilin keçirilməsi yolları”, “İKT-nin pedaqoji sahədə tətbiqi imkanları” və s. mövzularda təlimlər aparılır.

Təlimlərdə Bakı şəhəri ilə yanaşı, Samux, Göyçay, İsmayıllı, Şamaxı, Şəmkir, Zaqatala, Lənkəran, Sabirabad rayonlarından 40-dək təhsil işçisi iştirak edir.

“Elektron məktəb üçün elektron müəllim” təlim kursu yanvarın 30-da başa çatacaq. Kursu uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunacaq.



ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.