Elektron qeydiyyatdan keçmiş fermerlərin sayı 200 mini ötüb

14-05-2019 / 11:55

Bu günə qədər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) 200 464 fermer qeydiyyatdan keçib. 

Xeberler.az bildirir ki, qeydiyyatdan keçmiş fermerlərin sayına görə Sabirabad rayonu birinci yerdədir. Bu rayonda 12 853 fermer EKTİS-də özünə şəxsi kabinet yaradaraq, məlumatları daxil edib. Bu, Sabirabad rayonu üzrə subsidiya alan fermerlərin 78,47%-ni təşkil edir. 

Şəki (7 932), Cəlilabad (7 055) və Saatlı (7 036) rayonlarında qeydiyyatdan keçən fermerlərin sayı 7 mindən çoxdur. Zaqatala, Quba, Xaçmaz, İsmayıllı, Salyan, Samux və Ağdam rayonlarından da fermerlərin EKTİS-də qeydiyyatdan keçmə göstəricisi yüksəkdir. Əksər rayonlarda subsidiya alan fermerlərin 40%-dən çoxu EKTİS-ə öz aqrar fəaliyyətlərinə dair məlumatları daxil ediblər.

Fermerlərdən 143 908 nəfər yeni sistemdə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən Dövlət Aktı / Şəhadətnamə əsasında qeydiyyatdan keçib. 37 315 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 2 730 fermer icarə sənədi, 1 625 fermer etibarnamə, 389 fermer vərəsəlik şəhadətnaməsi, qalan fermerlər isə mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında qeydiyyatdan keçiblər.

Qeyd edək ki, fermerlərin öz aqrar fəaliyyətlərinə dair məlumatları EKTİS-ə daxil etməsi ilə bağlı rayonlarda maarifləndirmə işləri davam edir. Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin əməkdaşları, ASAN Könüllüləri fermerlərə informasiya-məsləhət xidməti göstərilməsi prosesinə cəlb olunublar. Eyni zamanda müəyyənləşmiş qrafik əsasında bölgələrdə fermerlərə EKTİS-in tətbiqi ilə bağlı səyyar xidmətlər də göstərilir.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.