Elektron-rəqəmli imzaların verilməsi mərkəzi işə salınıb

01-07-2011 / 15:10

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Elektron hökumət"in qurulması Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında qarşılıqlı əlaqənin təmin olunması üzrə işləri başa çatdırır. Trend-in məlumatına görə, bu barədə bu gün rabitə və informasiya texnologiyaları nazirini müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda 50 məlumat reyestri fəaliyyət göstərir ki, onların əksəriyyəti elektron formadadır. Bu, qarşılıqlı əlaqə prosesini əhəmiyyətli dərəcədə sürətləndirir.

Vəlizadənni sözlərinə görə, vacib aspekt elektron-rəqəmli imzaların verilməsi üzrə sertifikatlaşdırılmış mərkəzin olmasıdır ki, o artıq istismara verilib.

ERİ almaq üçün müraciət edən dövlət idarələri arasında İqtisadi İnkişaf Nazirliyi də var. EİM nazirliyin elektron idarəetmə sistemində fəaliyyət göstərəcək.

Vahid "Elektron hökumət" portalının yaradılması da az əhəmiyyətli məsələ deyil. Onunla bağlı iş son mərhələdədir. Vəlizadə bildirib ki, bunun mövcudluğu vətəndaşların dövlət idarələri ilə qarşılıqlı fəaliyyətini əhəmiyyətli dərəcədə sadələşdirəcək.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə