Elektron Təhlükəsizlik Mərkəzi beynəlxalq təşkilata üzv oldu

27-07-2016 / 13:43

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Cənubi Koreyada fəaliyyət göstərən Cybersecurity Alliance for Mutual Progress (CAMP) təşkilatına üzv olub.

Kibertəhlükəsizlik üzrə fəaliyyət göstərən təşkilatın missiyası daha təhlükəsiz kibermühitin təmin olunması üçün qlobal əməkdaşlığın qurulmasıdır. Təşkilat inkişaf etməkdə olan ölkələrin kiberməkanda təhlükəsizliyinin təmin olunması və bu prosesdə sıx əlaqələrin qurulması məqsədi ilə yaradılıb. Eyni zamanda təşkilat  kibertəhlükəsizlik məsələləri ilə bağlı üzvlərinə lazımi metodiki köməklik göstərir.
 
Beynəlxalq təşkilata üzvlük ölkəmizə kibertəhlükəsizlik sahəsində ən son yeniliklər, kibertəhlükələr, hesabatlar barədə müntəzəm məlumatları əldə etməyə imkan verəcək.

Xeberler.az
 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.