Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə müraciət etdi

07-04-2015 / 09:46

Elektron Təhlükəsizlik Mərkəzi internet istifadəçilərinə veb-brauzerlərin təhlükəsizliyini təmin etməyi tövsiyə edir.

Xəbərlər-in məlumatına görə, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Mərkəzi istifadəçinin xəbəri olmadan bədniyyətlilər tərəfindən kompüterə yüklənmiş, məlumatların oğurlanmasına səbəb ola bilən ziyanverici proqramlar təhlükəsindən müdafiə olunmaq üçün veb-brauzerlərin təhlükəsizliyini təmin etməyə çağırır.
 
Mərkəzin tövsiyəsində deyilir ki, ilk olaraq istifadə etdiyiniz veb-brauzerin təhlükəsizlik sazlamalarını gücləndirin.
Brauzerinizin təhlükəsizlik, gizlilik və məzmun bölmələrindəki parametrlərini yoxlayın və əmin olun ki, onlar uyğun səviyyədə qurulub. Təhlükəsizliyin artırılması müəyyən saytların funksionallığına təsir göstərə bilər.

Brauzerin keş yaddaşını tez-tez silin.

Veb-brauzerdə JavaScript, Java and ActiveX idarə ediciləri deaktiv edin.

Funksionallığı artırmaq və ya dizayna müəyyən əlavələr etmək üçün, veb-saytlar veb brauzerdəki proqramların idarə edilməsi məqsədilə əlavələr (plugin), əmrlər (script) və idarə edicilərə etibar edirlər. Lakin təəssüf ki, bu əlavələr, əmrlər və idarə edicilər proqramlaşdırma səhvlərinə malik ola bilər ki, bu da bədniyyətliyə istifadəçinin kompüterinə ziyanverici proqram yükləməyə və idarə etməyə imkan verir.


   Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.