Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq yayıb

07-03-2019 / 17:06

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti ictimai yerlərdə Wi-Fi şəbəkəsindən istifadə edərkən diqqətli olmağa çağırıb.

Xeberler.az  bildirir ki, xidmət tərəfindən yayılan məlumatda bildirilir ki, ictimai yerlərdə Wi-Fi bağlantısı daha asan və rahat olsa da, bu, eyni zamanda kompüterlərdə və telefonlarda saxlanılan fərdi məlumatlar üçün riskli ola bilər.

Buna görə də ictimai yerlərdə “Wi-Fi” şəbəkəsindən istifadə edərkən təhlükəsizliyi təmin etmək üçün bəzi məqamları diqqətdə saxlamaq gərəkdir. Məsələn, Wi-Fi şəbəkələri üzərindən bank hesablarına və həssas fərdi məlumatlara daxil olmaq, onlayn alış-veriş etmək tövsiyə olunmur. 

Bir çox kompüter və mobil telefonlarda simsiz olaraq avtomatik bir şəbəkədən digərinə qoşulmağa icazə verən qoşulma parametrləri mövcuddur ki, bu funksiya rahatlığı təmin etsə də, cihazların mühafizə olmayan şəbəkələrə qoşulmasına şərait yaradır. Kompüterdə və mobil telefonda bu avtomatik qoşulmanı söndürmək tövsiyə olunur.

Bu, eləcə də Bluetooth qoşulmasına da aiddir. Belə ki, ictimai yerlərdə Bluetooth funksiyasının aktiv olması kibertəhlükəsizlik üçün böyük risklər yarada bilər. Bədniyyətli şəxslər açıq Bluetooth siqnallarından istifadə edərək, cihazınıza daxil ola və fərdi məlumatlarınızı oğurlaya bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.