“Elektron Təhsil” müsabiqəsinin qalibləri mükafatlandırılıb

29-12-2016 / 15:49

Təhsil Nazirliyində “Elektron Təhsil” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Xeberler.az bildirir ki,  tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, nazirliyin müvafiq şöbə və struktur bölmələrinin rəhbərləri, müsabiqənin təşkilində iştirak edən qurumların nümayəndələri və müsabiqə qalibləri iştirak ediblər.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, 2010-cu ildən etibarən keçirilən müsabiqəyə ümumilikdə 6 000-dən artıq layihə təqdim edilib.

Nazir müavini qeyd edib ki, əsas məqsəd elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir.

Tədbirdə qeyd olunub ki, müsabiqədə əsasən, ümumi təhsil müəssisələrinin pedaqoji heyəti, pedaqoji kadrların ixtisasartırma və yenidənhazırlanması ilə məşğul olan qurumların metodist mütəxəssisləri, şagirdlər iştirak ediblər.

Müsabiqə 3 istiqamət və 6 nominasiya üzrə təşkil olunub. Müsabiqənin birinci mərhələsinə ümumilikdə 1313 layihə təqdim olunub. Qəbul olunan 1220 layihə ikinci mərhələdə müəyyən olunan meyarlar üzrə qiymətləndirilmək məqsədilə Ekspert Komissiyasına təqdim edilib.

O bildirib ki, 7 nəfərdən ibarət Ekspert Komissiyası bu mərhələyə keçən layihələrin qiymətləndirilməsində müsabiqənin saytında verilən qiymətləndirmə meyarlarını əsas götürüb. Qiymətləndirmə 0-10 bal əsasında aparılıb. Bununla da 325 layihə III mərhələyə keçib. III mərhələdə qalib namizədlər Təşkilat Komitəsi qarşısında öz işlərini təqdim ediblər. Müsabiqənin yekununda 23 qalib və 24 fərqlənən iş müəyyən edilib.

Sonda qaliblərə diplom, noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunub.

Xeberler.az


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.