“Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək

26-08-2016 / 11:14

Təhsil naziri Mikayıl Cabbarov təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Elektron təhsil” respublika müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.

Xeberler.az-ın məlumatına görə,  əmrə əsasən təhsildə informasiya texnologiyalarının tətbiqi sahəsində “Müəllim”, “Şagird” və “Məktəb” istiqamətləri üzrə “Elektron təhsil” respublika müsabiqəsi keçiriləcək.

Əmrlə “Elektron təhsil” respublika müsabiqəsi haqqında Əsasnamə, müsabiqənin Təşkilat Komitəsinin tərkibi və 2016-cı il üçün xərclər smetası təsdiq edilib. Təşkilat Komitəsinə müsabiqənin keçirilmə vaxtını, mərhələlərini müəyyən etmək və Əsasnamədə nəzərdə tutulmuş digər tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə