“Elektron təhsil” start götürdü

02-04-2012 / 14:19
Bu gündən  “Elektron təhsil” respublika müsabiqəsinə start verilir. 
 “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən müsabiqə “Təhsildə İnternet texnologiyaları” və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunub.
İnformasiya Texnologiyaları İnstitutundan əldə edilən məlumata əsasən,müsabiqənin keçirilməsində   əsas məqsəd elektron tədris resurslarından, tədris prosesində İnternet texnologiyalarından istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdir. 
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid metodiki tədris materialları təqdim edilə bilər. 
Bu istiqamət üzrə qaliblər “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən yaxşı modeli” nominasiyaları üzrə müəyyənləşdiriləcəklər. 
“Təhsildə İnternet texnologiyaları” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. 
Qaliblər “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaqlar. 
Müsabiqədə regionlarda yerləşən məktəblərin müəllimlərinin İKT-dən istifadəsini dəstəkləmək üçün xüsusi olaraq “Elektron təhsil” respublika müsabiqəsində iştirak edən “Ən fəal region məktəbi” nominasiyası müəyyən edilib.
 
Bu nominasiya üzrə üç ən fəal məktəb müəyyənləşdiriləcək. İki mərhələdə keçiriləcək səsverməni Təhsil Nazirliyi tərəfindən formalaşdırılan peşəkarlardan və mütəxəssislərdən ibarət münsiflər heyəti aparacaq. 
Müsabiqədə beş nominasiyanın hər biri üzrə qaliblərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq. 
                                                                                                                                   
Mirvari

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.