Elektron təhsillə bağlı seminar keçiriləcək

02-10-2015 / 10:33

Oktyabrın 9-da Bakı Ekspo Mərkəzinin seminar otağında “Elektron Təhsil və təhsildə innovativ yanaşma” mövzusunda 3 hissədən ibarət seminarlar keçiriləcək.

Xeberler.az bildirir ki, seminara Ultra Technologies şirkəti təşkilatçılıq edəcək.

Seminarların mövzu və planları belədir:

14:00 – 15:00 – Eduman: Təhsilin innovativ planlaşdırılması və idarəolunması sistemi

15:00 – 15:30 – Eduman: Mərkəzləşdirilmiş imtahan idarəetmə sistemi

15:30 – 16:00 – Eduman: Sistemdə Tələbə, Müəllim, Valideyn şəxsi kabinetləri

16:00 – 17:00 – DocNet: Elektron Sənəd Dövriyyəsi Sistemi

Qeyd edək ki, planlaşdırılan bütün seminarda iştirak pulsuzdur. Seminarlar Ultra Technologies şirkətinin peşəkar mütəxəssisləri tərəfindən keçiriləcəkdir. Seminarda iştirak etmək üçün öncədən qeydiyyat vacibdir. Qeydiyyat üçün linkə daxil olub lazımı məlumatları doldurmalısınız.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə