Elektron ticarət dövriyyəsi artıb

11-11-2015 / 14:01

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən 1,9 dəfə artaraq 10,5 mln. manata çatıb.

Xeberler.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, elektron ticarət vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 91,9 faizi hüquqi şəxslər, 8,1 faizi isə fərdi sahibkarlardan alınıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizi qeyri-ərzaq məhsullarının payına düşüb.

Bu ilin yanvar-oktyabr aylarında iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,1 faiz artaraq 841,6 mln. manat olub.

Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 366,7 mln. manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar üzrə isə 474,9 mln. manat təşkil edib.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.