Elektron ticarətin həcmi 1,7 dəfə artıb

20-04-2015 / 19:43

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 5,8 milyard manatlıq və ya 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,6 faiz çox əmtəə satılıb.

Xəbərlər-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, satılmış istehlak mallarının 50,2 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,8 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2014-cü ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz bəndi artıb.

Cari ilin ilk üç ayında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin yanvar-mart aylarına nisbətən 1,7 dəfə artaraq 2720,0 min manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdiyi istehlak mallarının 92,7 faizini hüquqi şəxslərin, 7,3 faizini fərdi sahibkarların elektron ticarət şəbəkəsindən alıb. Elektron ticarət dövriyyəsinin 96,3 faizini qeyri-ərzaq malları təşkil edib.

2015-ci ilin yanvar-mart aylarında ictimai iaşə xidmətlərinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz artaraq 219,9 milyon manat olub. Hüquqi şəxslər üzrə iaşə xidmətlərinin həcmi 93,6 milyon manat, bu sahədə fəaliyyət göstərən fərdi sahibkarların subyektləri üzrə isə 126,3 milyon manat təşkil edib.(trend)

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə