Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada arayışlarla bağlı məsələ müzakirə olundu

21-10-2015 / 17:05

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyi yanında Elektron xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə toplantıda elektron hökumət quruculuğu baxımından qanunvericilikdə nəzərdə tutulan müxtəlif tipli arayışlarla bağlı məsələ müzakirə olunub.

İctimai Şuranın kordinatoru Osman Gündüz toplantını açaraq qeyd olunan məsələnin kifayət qədər əhəmiyyət kəsb etdiyini bildirib. Bəzi arayışların isə elektron hökumət quruculuğu baxımından artıq əhəmiyyətsiz olduğunu qeyd edib. Qanunvericiliyin təkmilləşdirilməsinin zəruriliyini vurğulayaraq bu istqiamətdə təkliflər hazırlanmasının faydalı olacağını bildirib.

Müzakirələrdə İctimai Şuranın üzvləri Sabit Bağırov, Vasif Mövsümov, Hafiz Həsənov, Məhəmməd Muradov, Sahib Məmmədov çıxış edərək səmərəli təkliflər irəli sürüblər.

Müzakirələrdə “Elektron Hökumət”  portalının operatoru – RYTN MHM-in  şöbə müdiri İlqar Abdullayev çıxış edərək elektron arayışlara keçidin əhəmiyyətli olduğunu bildirib. Bu məqsədlə dövlət qurumları arasında informasiya sistemlərinin inteqrasiyanın da başa çatdırılmasının zəruri olduğunu vurğulayıb.

Toplantıda VXSİ Dövlət Agentliyinin təmsilçiləri Fariz Cəfərov və Ulduzə Xəlilova iştirak ediblər.

Toplantıda bildirilib ki İctimai Şura tərəfindən ölkə qanunvericiliyində müxtəlif məsələrlə bağlı nəzərdə tutulan, həmçinin elektron formada və ənənəvi formada göstərilən xidmətlərlə bağlı tələb olunan müxtəlif tipli arayışların siyahısı hazırlanıb.

Qeyd edilib ki, hələlik siyahıya 40-dan çox müxtəlif tipli arayışlar daxil edilib. İctimai Şura elektron hökumət quruculuğu baxımından bu arayışların vətəndaşlardan tələb olunması məsələsinin yenidən nəzərdən keçirilməsini və elektron formada arayışlardan istifadəyə daha sürətli keçidi vacib hesab edib.

İctimai Şura elektron hökumət quruculuğu ilə bağlı bəzi qanunvericilik aktlarında dəyişikliklərin sistemli formada nəzərdən keçirilməsi məqsədilə VXSİ Dövlət Agentliyi yanında İşçi Qrupun yaradılmasını vacib hesab edib.

Eyni zamanda bir sıra arayışların elektron hökumət quruculuğu baxımından artıq əhəmiyyətini itirdiyi diqqətə çatdırılıb və bunların da ləğv edilməsi ilə bağlı hüquqi aktlarda müəyyən düzəlişlərin də edilməsinin vacibliyi  vurğulanıb.

Şuranın iclasında müzakirələrin yekun olaraq təkliflər hazırlanacağı və VXSİ Dövlət Agentliyinə və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdim ediləcəyi bildirilib.

 

Məltəm Talıbzadə 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.