Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın görüşü keçirilib

07-08-2018 / 13:50

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti görüşü keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Mənzil İnşaatı Dövlət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssisləri iştirak ediblər.

Belə ki, Güzəştli mənzil sisteminin fəaliyyətinin təkmilləşdirilməsinə həsr olunan görüşdə sistemin dayanıqlı, etibarlı, təhlükəsiz, şəffaf və fasiləsiz iş rejimində fəaliyyətinin təmin edildiyi və mənzillərin seçimi zamanı bərabər şəraitin yaradıldığı, şəffaflığın və operativliyin təmin edildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şurada bu resursun ilkin təqdimatının keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Ceyhun Salmanov bildirib ki, Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanına əsasən elektron hökumət sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirmək, habelə Elektron hökumət portalının idarə olunmasını və fəaliyyətini təmin etmək, təkmilləşdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi Dövlət Agentliyinə həvalə edilib.

Qeyd edək ki, Elektron hökumət portalında yaradılan Güzəştli mənzil elektron sistemi vasitəsilə mənzillərin seçimi zamanı yaranmış nasazlıqların aradan qaldırılması məqsədilə sistemin fəaliyyətinin təmin edilməsində iştirak edən qurumların nümayəndələrindən ibarət İşçi Qrupu formalaşdırılıb və fəaliyyəti Dövlət Agentliyi tərəfindən koordinasiya edilib. Eyni zamanda, Elektron hökumət portalı tərəfdən müraciətlər üzrə yüklülüyün paylanması məqsədilə tədbirlər görülüb, durma-dayanma hallarının aradan qaldırılması üçün resurslar artırılıb. İştirakçı tərəflərlə birlikdə müxtəlif xarakterli testlər keçirilərək mümkün problemlər müəyyənləşdirilərək aradan qaldırılıb.

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) nümayəndəsi Elşad Məmmədov “Güzəştli mənzil” elektron sistemində istifadəçilər üçün yaradılmış imkanlar barədə məlumat verib, eyni zamanda, Agentliyin ilk layihəsi Yasamal Yaşayış Kompleksinin www.yasamal.mida.gov.azünvanında yerləşən internet saytının təqdimatını edib. Bildirib ki, istifadəçilərin mənzil seçimi prosesinin bütün mərhələləri ilə yaxından tanış olmasına, elektron imza sertifikatları və ya texniki avadanlıqlardan istifadə bacarıqlarının formalaşdırılmasına nail olmaq məqsədilə sistemin DEMO versiyası hazırlanıb.

İctimai Şuranın koordinatoru Osman Gündüz bu cür əhəmiyyətli layihələrin həyata keçirilməsində əlaqəli fəaliyyətin vacibliyini vurğulayıb və bu cür ictimai görüşün keçirilməsinə görə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və MİDA-nın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Daha sonra müzakirə olunan məsələ ətrafında fikir mübadiləsi aparılıb və İctimai Şura üzvləri tərəfindən çoxsaylı suallar verilib, bu cür problemlərin aradan qaldırılması istiqamətində atılan addımlarla bağlı təkliflər bildirilib.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.