Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib

14-12-2017 / 18:31

Bu gün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçirilib.
Xeberler.az-ın məlumatına görə, iclasda Mobil hökumət Konsepsiyasının hazırlanması vəziyyəti ilə bağlı məsələ müzakirə olunuub.
Məlum olduğu kimi Strateji Yol Xəritəsində 2017 - 2018-ci illər ərzində Elektron hökumətin " növbəti inkişaf mərhələsi olaraq Mobil hökumət (mGov) Konsepsiyasının hazırlanması nəzərdə tutulub.

İctimai Şuranın toplantısında iştirak edən Dövlət Agentliyinin təmsilçiləri artıq belə bir Konsepsiyanın ilkin versiyasının hazır olduğunu və rəy bildirilməsi üçün bir sıra dövlət qurumlarına göndərildiyini diqqətə çatdırıb. Toplantida iştirak edən Nəqliyyat , Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nümayəndələri də bu istiqamətdə xeyli təklif və əlavələr etdiklərini bildiriblər.
Hazırda bu istiqamətdə işlərin davam etdirildiyi bildirib.


İctimai Şuranın üzvləri layihənin kifayət qədər ictimai əhəmiyyət kəsb etdiyini bildirərək Layihınin vətəndaş cəmiyyətinin də iştirakı ilə müzakirə edilməsinin vacibliyini bildiriblər. Bu məqsədlə layihənin hazırlanmasına vətəndaş cəmiyyətinin və biznes sektorunun da töhvə verə bilməsi üçün imkanlar yaradılmasının vacibliyi vurğulanıb.
Tolantıda hazırlanması nəzərdə tutulan Konsepsiyanın əhatə edəcəyi məsələlər, onun Açıq Hökumət məlumatları ilə qarşılıqlı əlaqə məsələləri və Konsepsiyanın əsas prinsipləri ətrafında fikir mübadiləsi aparılıb.

 Xeberler.az

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə