Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

24-05-2018 / 14:08

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.

Xeberler.az-ın məlumatına görə, iclasda rəqəmsal hökumətə keçidlə bağlı mart ayında Prezident tərəfindən imzalanan fərmanından irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

VXSİ Dövlət Agentliyinin şöbə müdiri Ceyhun Salmanov bu istiqamətdə görülən işlər, diqqət yetirilməli məqamlarla bağlı məlumat verib.

İctimai Şura üzvləri adı çəkilən fərmanın qəbulundan sonra elektron hökumət quruculuğu sahəsində formalaşan yeni mühitin tələblərinə uyğun atılması vacib olan addımlarla bağlı fikirlərini bildiriblər .

İctimai Şuranın koordinatoru Osman Gündüz arayışlarla bağlı məsələnin sadələşdirilməsini nəzərdə tutan ASAN arayış sisteminin yaradılması ilə bağlı təklifləri diqqətə çatdırıb.

Xatırladaq ki, bu sistemin yaradılması Şuranın elektron arayışlardan istifadənin kütləviləşməsi və onun bütün dövlət qurumları tərəfindən tanınması ilə bağlı aparılan müzakirələrində də öz əksini tapıb.

Toplantıda bu məsələ ətraında müzakirələr aparılıb. Müzakirə olunan məsələlərlə bağlı təkliflərin hazırlanıb, VXSİ Dövlət Agentliynə təqdim edilməsi qərara alınıb.

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.