Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib

27-11-2018 / 14:42

Elektron Hökumətin İnkişafı Məkəzinin yeni binasinda VXSİ Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib.Toplantıda Əmlak Məsələləri Dövlət Komitəsinin hazırlamaqda olduğu ünvan portalı ilə bağlı müzakirələr aparılıb. Portal Prezidentin fərmanı ilə ünvan reyestrinin məlumatları əsasında hazırlanır.

Xeberler.az  bildirir ki, İctimai Şuranın kordinatoru Osman Gündüzün verdiyi məlumata görə portalın ilkin versiyasından çox böyük və faydalı bir elekton informasiya resursu kimi yaxın vaxtlarda istifadəyə veriləcəyi gözlənilir. Belə ki, ƏMDK ölkə üzrə interaktiv, qrafik təsvirlərlə, istənilən kordinat üzrə yeni və köhnə ünvanın təqdim edilməsiylə, statistik məlumatlarla və əlavə xidmətlərlə zəngin olan bir resursu hazırlayıb başa çatdırmaq üzrədir. 

Eyni zamanda resursa digər dövlət qurumlarına məxsus məlumatların əksər hissəsi onlayn olaraq inteqrasiya olunacaq. Həmçinin də eGov portalı üzərindən bu resurs vasitəsilə əlavə xidmətlərdən yararlanmaq mükün olacaq. Müzakirələrin gedişatında resursun daha da təkmilləşdirilməsi, vətəndaşlar, qurumlar və bütövlükdə ölkəmiz üçün daha faydalı bir sistemə çevrilməsi və effektiv istifadəsi üçün təkliflər verilib. ƏMDK komandası bu təkliflərin nəzərə alınacağını və bundan sonra resursun geniş təqdimatının keçiriləcəyini bildirib.

İctimai Şuranın toplantısında VXSİ Dövlət Agentliyinin Departament rəhbəri Ceyhun Salmanov, EHİM –in rəhbəri Fariz Cəfərov , ƏMDK İnnovasiyalar,monitorinq və təhlil şöbəsinin müdiri Şamil Şirinov, ƏMDK İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin direktoru Anar Nərimanov və digər məsul şəxslər, resursu hazırlayan komanda üzvləri iştirak ediblər. 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə