Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

25-06-2016 / 11:48

Məlumat verdiyimiz kimi, ötən günlərdə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın toplantısı keçirildi.

Toplantıda yerli icra hakimiyyətlərində elektron xidmətlərin təşkili ilə bağlı məsələlər müzakirə olundu.

İctimai Şuranın toplantısında yerli icra orqanlarında elektron xidmətlərin formalaşması istiqamətində səsləndirilən fikir və rəyləri ümumiləşdirərək Təkliflər hazırlamaq və aidiyyatı qurumların və maraqlı tərəflərin  iştirakı ilə geniş müzakirə keçirmək qərara alındı.

Xeberler.az-ın məlumatına görə, iyunun 28-də İctimai Şuranın növbəti toplantısı keçiriləcək.

İctimai Şuradan verilən məlumata görə, hazırda  qeyd edilən təkliflərin ilkin versiyası hazırlanıb və İctimai Şuranın 2-ci gün keçiriləcək iclasında  müzakirə olunacaq.

Toplantıda əlaqədər qurumların nümayəndələrinin  iştirakı da  nəzərdə tutulur.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.