Elektron Xidmətlərin təşviqi üzrə İctimai Şuranın toplantısı keçiriləcək

04-04-2017 / 15:40

Aprelin 7-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə (VXSİ) Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti iclası keçiriləcək.

Xeberler.az-ın məlumatına görə, iclasda elektron hökumət quruculuğunun inkişafı ilə bağlı qəbul edilməsi  gözlənilən Dövlət Proqramı ətrafında müzakirələr aparılması nəzərdə tutulub.

Məlumat verdiyimiz kimi 2013-cü ildə Prezident İlham Əliyev tərəfindən “Elektron hökumət”in inkişafına dair Dövlət proqramı layihəsinin hazırlanması ilə bağlı fərman imzalanıb.

Fərmanda dövlət proqramının 2013-2015-ci illəri əhatə etməsi nəzərdə tutulurdu.

Layihənin hazırlanması üçün əlaqələndirici qurumlar olaraq Rabitə və Yüksək Texnologiyalar nazirliyi və Azərbaycan Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi müəyyən olunmuşdu.

Rəsmi qurumlar tərəfindən proqram layihəsinin hazırlanaraq razılaşdırılması üçün aidiyyatı qurumlara göndərilməsi ilə bağlı Xəbərlər bir neçə dəfə məlumat verib.

Lakin hələ də “Elektron hökumətin inkişafı haqqında” dövlət proqramı təsdiq edilməyib.

İctimai Şuradan bildirilib ki, toplantıda bu istiqamətdə müzakirələrin aparılması və müvafiq təkliflərin hazırlanması nəzərdə tutulub.

Həmçinin Şuranın toplantısında VXSİ Dövlət Agentliyinin uzun müddət üzərində işlədiyi , dövlət xidmətlərinin qiymətləndirilməsi ilə bağlı hazırladığı “ASAN xidmət indeksi” layihəsinin ilkin versiyasının müzakirə edilməsi gözlənilir.

Məlumat verdiyimiz kimi bir müddət öncə bununla bağlı geniş təqdimat mərasimi də təşkil olunmuşdu.

İctimai Şura tərəfindən də “ASAN xidmət indeksi”nin hazırlanması üçün təkliflər hazırlanaraq Dövlət Agentliyinə təqdim edilmişdi. 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.