Əli Abbasov İraqın ölkəmizdəki səfiri ilə görüşüb

12-08-2015 / 11:06

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İraq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb.

Xəbərlər-in verdiyi məlumata görə, ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan Azərbaycan və İraq Hökumətlərarası Birgə Komissiyanın sədri, nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Nazir Əli Abbasovun həmsədrliyi ilə Bakıda keçirilmiş Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ilk iclasının uğurlu nəticələrindən də söz açan diplomat bu görüşün Azərbaycanla İraq arasında gələcək münasibətlərin inkişafına təkan verdiyini qeyd edib.

Görüşdə Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın ikinci iclasının cari ilin sonunadək Bağdad şəhərində keçirilməsi müzakirə edilib, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Xeberler.az


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.