Əli Abbasov Rusiyada Nazirlər Toplantısında iştirak edəcək

07-05-2015 / 14:20

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-9 may tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində  MDB-nin rabitə administrasiyalarının təsis etdiyi Regional Rabitə Birliyinin (RRB) Rabitə Administrasiyası Başçıları Şurasının 50-ci və MDB-nin Koordinasiya Şurasının 21-ci birgə Nazirlər Toplantısında iştirak edəcək.

Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, səfər çərçivəsində nazir Əli Abbasov MDB ölkələrinin rabitə nazirləri üçün təşkil olunan nümayəndə heyəti ilə birlikdə 9 may tarixində keçiriləcək Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyinə həsr olunmuş hərbi paradda, eyni zamanda rabitəçi-hərbçi hissələrin veteranlarla görüşündə iştirak edəcək.

Rabitə və yüksək texnologiyalar sahəsində əlaqələrin inkişafı və daha da genişləndirilməsi məqsədilə nazir Əli Abbasov Rusiya, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Tacikistanın sahə nazirləri ilə də ikitərəfli görüşlər keçirəcək, həmçinin Azərbaycanın təşəbbüsü ilə reallaşdırılması nəzərdə tutulan “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsinin icrası ilə bağlı danışıqlar aparacaq. 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə