Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011 / 01:44
“Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz, telekommunikasiya sektoru üzrə 32,8 faiz, poçt sektoru üzrə 29,2 faiz təşkil edib”. Bu barədə bu gün keçirilən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 2010-cu ilin yekunlarına dair hesabatında rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib. Onun sözlərinə görə, 2010-cu ildə Azərbaycanın ÜDM-də İKT və poçt xidməti sektorunun gəlir həcmi 1,9 faiz təşkil edib: “Ötən il qeyri-neft sektorunun ÜDM-nin həcmi 18442,0 milyon manat təşkil edib, real artım həcmi isə 7,9 faiz olub. Qeyri-neft sektorunun ÜDM-də İKT və poçt rabitəsi üzrə gəlir həcmi ötən ilin yekunlarına görə 4,3 faiz təşkil edib”. Nazir bildirib ki, İKT və poçt rabitəsi sektoru üzrə alınan gəlirin 80 faizi qeyri-hökumət müəssisələrinin payına düşüb: “Sektor üzrə alınan gəlirin ümumi həcmindən 71,3 faiz artım sürəti 2009-cu illə müqayisədə 30,2 faiz təşkil edən mobil rabitə bazarının payına düşüb. 2010-cu ildə İKT və poçt rabitəsi sektoru üzrə gəlir həcmi 2009-cu illə müqayisədə 32,1 faiz artaraq 1230,2 milyon manat təşkil edib”.

ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.