Elmi biliklərinizi mobil tətbiqlərimizlə artırın

15-09-2015 / 16:23

Xeberler.az olaraq  “Milli RESURSLAR”  rubrikası çərçivəsində növbəti yazını təqdim edirik.

Milli resurslarımızı daha yaxından tanıtmaq məqsədi daşıyan rubrikamızda bu dəfə  “Təhsil” kateqoriyasi üzrə milli mobil tətbiqləri araşdırdıq. Bu kateqoriya üzrə milli mobil tətbiqlərimizin bir qismi haqqında qısa məlumatı təqdim edirik

 

 

10.Heyvanlar alemi

Hazırlayan                Azməktəb
Yüklənmə sayı         1 000 – 5 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Heyvanlar Aləmi mobil tətbiqi  4-6 yaş arası uşaqlar üçün nəzərdə tutulub. Bu proqram vasitəsilə uşaqlar 70-dən artıq heyvan adı, şəkli və səsi ilə tanış ola bilərlər.

 

9.Omonimlər lüğəti

Hazırlayan                Vasili
Yüklənmə sayı         1 000 – 5 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Bu proqram “Azərbaycan dilinin omonim lüğəti” ( Bakı, Şərq-Qərb 2007) kitabının bazası əsasında hazırlanıb. Lüğətdə dilimizdə işlənən omonim sözlərin əlifba sırası ilə mənaları izah olunur və Azərbaycan yazıçılarının əsərlərindən gətirilən nümunələr əsasında mənası şərh edilir.

 

8.Cavablar.net

Hazırlayan                Elvin Hacı
Yüklənmə sayı         5 000 – 10 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Cavablar.net elektron dünyaya dair sual-cavab sisteminin Android proqram versiyasıdır.  Proqramın köməyi ilə suallar soruşa, cavablar ala, həmçinin minlərlə sual içindən axtarış edib lazımi cavabı ala bilərsiniz.

 

7.Azerdict

Hazırlayan                Labrin
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

Azərbaycan və ingiliscə lüğətdir. Bu lüğət vasitəsilə həm Azərbaycan dilindən ingilisə, həm də ingilis dilindən azərbaycancaya tərcümə etmək mümkündür.

 

6.Azeri Alifba

Hazırlayan                Teymur Şirin
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 Azeri Alifba uşaq əlifbası tətbiqi Azərbaycan dilini öyrənmək istəyən hər bir insanın qarşısında yeni imkanlar açır. Qrafika, rəngarəng şəkillər və səs effektləri baxımından nəinki kiçikyaşlı istifadəçilərin, həmçinin böyüklərin diqqətini cəlb edir.

 

5.Məntiq - İQ Testləri

Hazırlayan                argroup
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Testlər, izahlar və məlumat bölmələrindən ibarət olan  mobil tətbiq vasitəsilə məntiqinizi daha da inkişaf etdirə bilərsiniz.

 

4.Russian-Azerbaijani Dictionary

Hazırlayan                Xynotec 
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Azərbaycan və rus dilində lüğətdir. Bu lüğət vasitəsilə həm Azərbaycan dilindən rus dilinə, həm də rus dilindən Azərbaycan dilinə tərcümə etmək mümkündür.

 

3.Bilikli.net - Test sistemi

Hazırlayan                Elvin Hacı
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

 Bu proqram bilikli.net saytının bazasından Android smartfonunuzdan istifadə edərək yararlanmaq imkanı verir. Proqram daxilində siz testlər həll edə, izahlarla tanış ola, sınaq testlərdə iştirak edib nəticəni öyrənə bilərsiniz.

 

2.iLüğət - İzahlı lüğət

Hazırlayan                Həsənağa Məmmədov
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Mobil tətbiq "Azərbaycan dilinin izahlı lüğəti" kitabı əsasında hazırlanıb. iLüğətdə 44750 sözün izahı verilib. Tətbiqi oflayn rejimdə istifadə edə bilərsiniz.

 

1.Vurma Cədvəli İmtahan

Hazırlayan                Azhero
Yüklənmə sayı         10 000 – 50 000
Ödəniş                     Pulsuz
Platforma                 Android

 

Proqram uşaqların vurma cədvəlini daha asan öyrənmələri üçün yaradılıb. Belə ki, qarışıq testlər vasitəsilə uşaqların vurma cədvəlini nə dərəcədə öyrəndiyini bilmək olacaq.

 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə