Elmi Şuranın 6-cı iclası keçiriləcək

10-09-2015 / 13:11

Sentyabrın 11-də Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının iclası keçiriləcək.

Xeberler.az -ın məlumatına görə, iclasa Elmi Şuranın sədri akademik Rasim Əliquliyev rəhbərlik edəcək.

İclasın gündəliyinə bir neçə məsələlər daxil edilib. Onlar arasında sosial media, e-kitabxana, e-tibb ilə bağlı məsələlər də yer alıb.

İclasda “E-kitabxana Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi”, “E-kitabxanaların formalaşması problemləri” üzrə respublika elmi-praktiki konfransının təşkili, “Sosial medianın formalaşmasının multidissiplinar problemləri” elmi-praktiki konfransının keçirilməsi, “E-tibb formalaşmasının multidissiplinar  problemləri” elmi-praktiki konfransının təşkili haqqında və s. məruzələr olacaq.

O cümlədən, AMEA İnformasiya Texnologiyaları İnstitutunun HORIZON 2020 proqramı çərçivəsində beynəlxalq qrant layihələrində iştirakı, doktorant və dissertantların attestasiyası, doktoranturaya qəbul haqqında, “Big Data: imkanları, multidissiplinar problemləri və perspektivləri” I respublika elmi-praktiki konfransına hazırlıq vəziyyəti haqqında məsələlər də diqqətə çatdırılacaq.

 Xeberler.az 

 

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə