Elmi tədqiqatlar üçün informasiya sistemləri yaradılır

06-10-2016 / 16:49

Müasir texnologiyalar əsasında elmin informasiya təminatının formalaşdırılması, inkişaf etdirilməsi, elmmetrik texnologiyaların köməyi ilə elmi fəaliyyətin təşkili və idarə olunması, idarəetmə qərarlarının qəbul edilməsinə informasiya dəstəyinin təmin edilməsi e-elmin mühüm məsələləridir.

AMEA-da həyata keçirilən elektron elm layihəsi çərçivəsində bu istiqamətdə Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurası üçün “Elmi problemlər reyestri” və “Dissertasiya mövzularının reyestri” informasiya sistemlərinin yaradılması nəzərdə tutulur.

Bu barədə Xeberler.az-a AMEA İnformasiya Texnologiyaları İnstutunun Texnologiyalar üzrə direktor müavini Rəşid Ələkbərov deyib.

Onun sözlərinə görə, həmçinin informasiya sistemlərinin yaradılması üçün məlumatların daxil edilməsi formalarının hazırlanır və hesabatların keçirilməsi üçün çıxış sənədləri müəyyənləşdirilir.

İnformasiya sistemlərinin yaradılmasının konseptual məsələlərini, arxitektur prinsiplərini nəzərə çatdıran alim, verilənlər bazalarının AzScienceNet elm kompüter şəbəkəsinin Verilənlərin Emalı Mərkəzində yerləşdiriləcəyini və onlayn rejimdə istismar ediləcəyini bildirib.

R.Ələkbərov qeyd edib ki, informasiya sistemlərinin yaradılması elmdə idarəetmə qərarlarının qəbul edilməsinə dəstəyin təmin olunmasında müsbət addımdır:

“Elmi tədqiqatlarda təkrarçılığın aşkarlanması üçün aparılan araşdırmaların və büdcə vasitələrinin istifadəsinin effektivliyinin artırılmasında, bibliometriklik və elmmetriklik təhlillərin aparılmasında, elmi qurumların fəaliyyətlərinin qiymətləndirməsində, həmçinin operativlik, dəqiqlik və şəffaflığın təmin olunmasında mühüm rol oynayacaq”.

 

Məltəm Talıbzadə

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə