“ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb

03-03-2016 / 16:58

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində “ElmTV İnternet televiziyası” şöbəsi yaradılıb.

 Bu barədə qərar AMEA Rəyasət Heyətinin iclasında qəbul edilib.

AMEA-dan Xeberler.az-a verilən məlumata görə, “ElmTV İnternet televiziyası” şöbəsinin fəaliyyətinə texnoloji dəstək verilməsini təmin etmək AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyevə tapşırılıb.

Yeni şöbənin müdiri vəzifəsinə isə Xatirə Cabbarzadə təyin edilib.

Qeyd edək ki, ElmTV İnternet televiziyası İnformasiya Texnologiyaları İnstitutu tərəfindən formalaşdırılıb.

Hazırda akademiyanın ictimai informasiya siyasəti mərkəzləşmiş qaydada AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsi tərəfindən həyata keçirilir.

Akademiyada informasiya siyasəti üzrə işin daha çevik həyata keçirilməsini, həmçinin vahid rəhbərlik tərəfindən uğurlu koordinasiya edilməsini təmin etmək məqsədilə ElmTV-nin də İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin tərkibində fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

İşgüzar komandaya, müvafiq avadanlıqlara və müasir standartlara uyğun iş təcrübəsinə malik ElmTV İnternet televiziyası artıq bir neçə ildir ki, AMEA-nın müxtəlif qurumları tərəfindən keçirilən mühüm elmi tədbirlər haqqında videomaterialların hazırlanması, birbaşa yayımının həyata keçirilməsi, həmçinin dünya elminin nailiyyətləri ilə bağlı videoçarxların çəkilişi sahəsində uğurla fəaliyyət göstərir.

Günel 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə