Elon Musk 2 nəfəri Ay planetinə göndərir

28-02-2017 / 12:10

Space X şirkətinin CEO-su Elon Musk 2 nəfəri Aya "gəzməyə" göndərəcək.

45 il aradan sonra Aya xüsusi bir insan səfəri həyata keçiriləcək. Belə ki, SpaceX-in təşkilatçılğı ilə 2 nəfər Aya enmədən ətrafında gəzə biləcək.

Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, SpaceX məsələ ilə bağlı açıqlamasında bildirib ki, şirkətin qurucusu Elon Musk  önümüzdəki il 2 adamı Beynəlxalq Kosmos Stansiyasına yük daşıyan Dragon 2 kosmos kapsulası içərisində Aya göndərəcək.

Musk ad vermədən bu iki adamın kim olduqlarının artıq müəyyən etdiyini, hətta səyahət ödəmələrini belə qarşıladıqlarını açıqlayıb.

Səfər bir həftə davam edəcək və kosmos vasitəsi Aya enmədən yalnız ətrafında dövr atacaq.

Dragon 2  Falcon 9 raketiylə birlikdə NASAin tarixə damğasını vuran Apollo uçuşlarını reallaşdırdığı 39a platformasından atılacaq.

Aya istiqamətli daha əvvəl edilən son missiya ötən ay 82 həyatını itirən yaşındakı təqaüdçü astronavt Gene Cernan-ın Apollo 17 missiyası çərçivəsində 12 dekabr 1972-ci ildə Aya ayaq basmasıyla reallaşdırılıb.

Günel


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə