Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirildi

11-12-2018 / 14:23

Dövlət əmlaklarının özəlləşdirilməsi sahəsində tətbiq olunan müasir yanaşmalar hərraclarda şəffaflığı artırır, vətəndaş məmnunluğunu təmin edir. Elektron hərrac vasitəsilə dövlət əmlakları üzrə sifarişlərin onlayn formada verilməsi, eləcə də prosesə virtual formada qatılmaq imkanı investorlar üçün rahat iştirak şəraiti yaradır. Hərraca çıxarılan dövlət əmlaklarının müxtəlifliyi və cəlbediciliyi ilə investorların axtardığı əmlakları tapması daha rahatdır.

Xeberler.az  bildirir ki, sadalanan bu üstünlüklərlə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 11 dekabr tarixində növbəti hərrac keçirildi. Bu dəfə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərindən biri Şirvan şəhəri, Hacıqabul gölünün qərb hissəsində yerləşir. Yardımçı təsərrüfat obyektinin ümumi faydalı sahəsi 200 kv.m-dir. Dövlət əmlakının geniş torpaq sahəsi ilə birgə özəlləşdirilməsi investorun kənd təsərrüfatı üzrə fəaliyyətində əlavə imkanlar yarada bilər. Gəncə şəhəri, Kəpəz rayonu, Sadıllı qəsəbəsindəki mağazanın isə ümumi faydalı sahəsi 34.8 kv.m-dir. Paytaxt üzrə özəlləşdirilən qeyri-yaşayış sahələri Sabunçu və Binəqədi rayonlarında yerləşir. Bakıxanov qəsəbəsi, Məhsəti Gəncəvi küçəsindəki obyektin ümumi faydalı sahəsi 287.9 kv.m-dir. Bu qeyri-yaşayış sahəsini özəlləşdirən şəxs onu xidmət və ya ofis obyekti kimi istifadə edə bilər. Biləcəri qəsəbəsində yerləşən obyektin isə ümumi faydalı sahəsi 35.5 kv.m-dir.

Hərracda vətəndaş marağına səbəb olan nəqliyyat vasitələrinin buraxılış tarixi 2005-2007-ci illərdir. Rəqabətli mühitdə özəlləşdirilən Kia Optima markalı avtomobil üçün qalib iştirakçı son qiymət olaraq 4 min 400 manat təklif etdi. Digər rəqabət yaradan nəqliyyat vasitələri isə Daewoo Nexia və Mitsubishi markalarına aiddir.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac dekabrın 18-i keçiriləcək. Prosesə ümumilikdə 78 dövlət əmlakı çıxarılıb. Bunlardan 29-u kiçik dövlət müəssisə və obyekti, 15-i qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyəti, 11-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakları ilə tanış olmaq və sifariş vermək istəyən şəxslər komitənin rəsmi saytı (emdk.gov.az) və Özəlləşdirmə portalına (privatization.az) daxil ola bilər.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.