Əmlakların təkrar qeydiyyatında mühüm yenilik

16-11-2018 / 14:44

Təkrar bazarda daşınmaz əmlakın yeni sahibinin adına çıxarışın alınması proseduru xeyli sadələşib. Vətəndaşlar əmlaklarını, o cümlədən torpaq sahələrini, fərdi evlərini təkrar bazarda qeydiyyata almaq üçün əlavə ünvanlara müraciət etməyəcək. Yeniliyin tətbiqi daşınmaz əmlakın təkrar qeydiyyatı sahəsindəki prosedurları tam olaraq elektronlaşdırıb.

Xeberler.az  bildirir ki, daşınmaz əmlak və torpaq mülkiyyətçiləri təkrar bazarda alqı-satqı prosesini onlayn rejimdə rəsmiləşdirə bilirlər. Artıq notariuslarda bağlanan müqavilələri Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təqdim etməyə ehtiyac qalmır. Notariuslarda alqı-satqı əməliyyatı aparılarkən əmlakın yüklülüyünə dair məlumat 10-15 saniyə ərzində onlayn rejimdə əldə edilir. Daha sonra alqı-satqı prosesi aparılaraq müqavilə imzalanır. Müqavilə elektron şəkildə reyestr xidmətinin yerli ərazi ofislərinə ötürülür.

Belə müqavilə isə yeni mülkiyyətçinin adına çıxarış verilməsi üçün ərizə hesab olunur və həmin müqavilə əsasında müvafiq hüquqlar dövlət qeydiyyatına alınır. Qeydiyyat orqanı da bu müqavilə əsasında daşınmaz əmlakın və torpağın yeni sahibinin adına çıxarış tərtib edir. Yalnız bu halda vətəndaş hazır çıxarışını almaq üçün Daşınmaz Əmlakın Dövlət Reyestrinə yaxınlaşır. Çıxarışlar vətəndaşın istəyindən asılı olaraq 1,3 və 7 iş günü ərzində tezləşdirilmə qaydası ilə verilə bilər. Həmçinin bu mülkiyyət sənədi “Elekron çıxarış” formasında da qeydiyyata alınır.

Artıq elektron çıxarışı almaq istəyən vətəndaşlar isə ümumiyyətlə alqı-satqı prosesindən sonra çıxarış almaq üçün heç bir ünvana müraciət etmir. Belə ki, çıxarış yeni sahibin “Elektron hökumət” portalındakı şəxsi kabinetinə yerləşdirilir. Nəticədə çıxarış almaq üçün vətəndaşların əlavə olaraq qeydiyyat orqanlarına müraciət etmək zərurəti aradan qaldırılır. Bununla da elektron çıxarışın tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını genişləndirib. Sistemin istifadəyə verilməsi proseduru olduqca sadələşdirərək təkrar qeydiyyatın optimallığını və çevikliyini artırır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə