Ən çox istifadə olunan e-xidmətlərin SİYAHISI

10-08-2015 / 11:10

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi iyul ayı ərzində “Elektron hökumət” portalı vasitəsilə ən çox istifadə edilən 20 elektron xidmət növünün adını açıqlayıb. 

Mərkəzdən Xeberler.az-a verilən məlumata görə, cari ilin iyul ayı ərzində "Elektron Hökumət" portalındakı elektron xidmətlərindən ən çox istifadə olunmuş  qurumlar aşağıdakılardır:

"Elektron Hökumət” portalı tərəfindən təqdim olunan statistikaya əsasən, iyul ayı ərzində ən çox Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının xidmətlərindən istifadə olunub. Belə ki, qurumun elektron xidmətlərindən 451 min 668 dəfə istifadə edilib.

Qeyd edək ki, TQDK-nın ən çox istifadə olunan xidmətləri bülletendə ilk üç sıradadır. “Namizədlərə, sınaq imtahanı iştirakçılarına imtahan nəticələri haqqında məlumatların internet və ya qısa mesaj (SMS) vasitəsilə verilməsi” , “Namizədlərə imtahana buraxılış vərəqələrinin internet vasitəsilə verilməsi” xidmətləri ən çox istifadə edilən xidmətlərdir.

“Namizədlərin elektron ixtisas seçimi ərizələrinin onlayn qəbulu” xidmətindən istifadə edənlərin sayı isə 139 min 280 nəfərdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) sosial xidmətlərin elektronlaşdırılması və vətəndaşlara real elektron xidmət təqdim edilməsinə göstərdiyi xüsusi diqqət sayəsində demək olar ki, portaldakı e-xidmətlərdən istifadə statistikasında ön yerdə olan qurumdur. İyul ayının statistikasına əsasən ƏƏSMN-in xidmətlərindən 109 min 737 dəfə istifadə edilib. ƏƏSMN tərəfindən təqdim olunan "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" xidməti daha çox müraciət edilən xidmətlərdəndir.

Xidmətlərinin istifadə statistikasına görə üçüncü olan qurum Rabitə və Yüksək Texnologiyalar Nazirliyidir. Nazirliyin ən çox müraciət edilən e-xidmətləri "Telefon nömrəsi üzrə axtarış” xidmətidir. İyul ayında nazirliyin xidmətlərindən istifadə sayı 70 min 119 -a çatıb.

 

Sevinc Çəltikova


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.