Ən faydalı mobil tətbiqlər-Siyahı

31-08-2017 / 10:10

İnsanların böyük əksəriyyəti vaxtlarını telefonlarına yüklədikləri proqramlar ilə keçirir.

Xırda işlər üçün telefonda çox sayda tətbiq ola bilər. Bəs insanlar gündəlik olaraq hansı proqramlardan istifadə etsə, daha faydalı olar?. Bəzi proqramlar var ki, onlardan sistemli istifadə etmək həm vaxtınıza qənaət edir, həm də əlinizdən tutur.

Bu proqramlar hansıdır?

Xeberler.az xarici mediaya istinadən işlərinizi asanlaşdıracaq vacib mobil tətbiqləri təqdim edir:

Spotify

Musiqi dinləməyi xoşlayır və yeni çıxan musiqiləri izləməkdə çətinlik çəkirsinizsə, Spotify tam Sizə görədir. Həmçinin, Premium versiyasının təmin etdiyi özəlliklər arasında oflayn dinləmə imkanı da var. Bu tətbiqə Apple Musiqi alternativ ola bilər. Lakin bu günə qədər Apple Music Spotify-ın dünyadakı bu uğurunun qarşısına keçə bilməyib.

App Store | Google Play

Yelp

Yelp ilə ətrafınızdakı restoranları tapa və onlar haqqında məlumat əldə edə bilərsiniz. Hətta, qeyd edilən məkanların telefon nömrələrini də taparaq rezervasiya edə bilərsiniz.

App Store | Google Play

Slack

İşinizi planlamaq və digər komanda yoldaşlarınızla mütəmadi təmasda olmaq istəyirsinizsə, Slack Sizin üçündür.

App Store | Google Play

Uber

Riyaziyyatda gördüyümüz A nöqtəsindən B nöqtəsinə Uber ilə gedə bilərsiniz. Bununla yanaşı, sərnişinlərlə bağlı detallı məlumatları tətbiq sayəsində görmək mümkündür.

App Store | Google Play

Google Maps

Hazırda Google Maps imkanları və sadə interfeysi ilə daha populyardır.

App Store | Google Play

Reddit

Reddit əyləncəli, xəbər almaq və hekayələr paylaşmaq üçün çox məşhur bir platformadır.

App Store | Google Play

Şəxsi bank tətbiqiniz

Tətbiqlə şəxsi bank hesabınızı birbaşa nəzərdən keçirə bilirsiniz. Bundan əlavə, ödəmələrinizi edə və cibinizdəki maliyyəni də nəzarətdə saxlaya bilirsiniz.

Twitter

Hazırda bir çox insanın istifadə etdiyi Twitter proqramı gündəmi izləməyə imkan verir. İstədiyiniz zaman əylənmək üçün də bu tətbiqi istifadə edə bilərsiniz.

App Store | Google Play

Instagram

Bəzən insanlar Instagram əvəzinə Snapchat-ı tərcih edir. Amma Instagram günədlik maraqlı məzmunları ilə Snapchat-dan fərqlənir.

App Store | Google Play

YouTube

Hazırda yalnız video paylaşma platformasından daha çox imkanlara malik olduğunu sübut edən YouTube ilə istədiyiniz məzmunu əldə edə bilərsiniz.

App Store | Google Play

Günel

 

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə