Ən populyar internet brauzerlərinin adı açıqlanıb

06-05-2015 / 10:48

“StatCounter” şirkətinin statistikasına görə, “Apple” şirkətinə məxsus “Safari” brauzerinin payı 20 faizi ötüb.

Brauzerlərin fərdi kompüter və mobil versiyalarını nəzərə alan analitiklərin məlumatına əsasən, “Safari” populyarlığına görə ikinci internet brauzeridir.

Xəbərlər-in Rabitə və Yüksək Texnologiyalar saytına istinadən verdiyi məlumata görə, “Chrome”un brauzerlər bazarında hesabat dövrünün yekunları üzrə payı 25 faizdən çoxdur.

Ekspertlər bildirir ki, “Chrome”un planşetlər də nəzərə almaqla bazarda üstünlüyü xeyli çoxdur. Fevralın yekunları üzrə payı 50,15 təşkil edir.
"Internet Explorer” brauzerinin payı azalır, “Firefox” fərdi kompüterlərdə ikinci, bütün qurğularda (11,56 faiz) üçüncü yeri tutur. “Apple” brauzerinin “iOS” və “OS X” sistemləri üçün versiyaları nəzərə alınmaqla 13,64 faizə bərabərdir.

Xeberler.az

 


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.