Ən problemli smartfonlar hansıdır?

21-11-2016 / 11:39

Blannco Technology Group analitik şirkəti smartfon və planşetlərdə nasazlıqların aşkar edilməsi üzrə tədqiqatın nəticələri ilə bağlı məlumat veriblər.

Mütəxəssislərin məlumatına görə, Android cihazlarla müqayisədə iPhone qurğuları daha problemlidir.

Xeberler.az RYTN-in elektron xəbər xidmətinə istinadən məlumat verir ki, mütəxəssislər həm proqram təminatı, həm də aparatlarda müşahidə olunan nasazlıqları nəzərə alıblar. Onlar 2016-cı ilin 3-cü rübünün nəticəsinə görə, iOS və  Android cihazlarında qeydə alınmış problemlərin sayını müqayisə ediblər.

Tədqiq edilmiş Apple qurğularının 62%-də nasazlıq müşahidə olunub, problemli Android cihazlarının payı 47% təşkil edib.

iOS qurğuları arasında ən çox nasazlıq iPhone 6 cihazında müşahidə olunub, iPhone 5S və iPhone 6S antireytinqdə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar.

iPhone 4S ən sabit qurğudur, bu modellə bağlı problemlər yalnız 2% təşkil edib.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə