Ən sürətli mobil internet hansı ölkədədir? -Siyahı

19-08-2017 / 17:15

2017-ci ilin iyul ayının məlumatlarına görə, mobil internet sürətinə görə ölkələrin siyahısı açıqlanıb. Bu siyahıya 122 ölkə daxil edilib.

Xeberler.az Haberturk-ə istinadən həmin ölkələri təqdim edir.

Belə ki, ik sırada 52,59 Mbps mobil internet sürəti ilə Norveç yer alıb.

Onu 2-ci sırada  46,94 Mbps ilə Hollandiya izləyir.

Siyahıda 3-cü yerdə 46,24 Mbps internet ilə Macarıstan 4-cü yerdə 46,24 Mbps ilə Sinqapur, 5-ci sırada isə 44,84 Mbps mobil internet sürəti ilə Malta yer alıb.

İlk onluğa daxil olan digər ölkələr:

6-cı yer: 44,64 Mbps ilə Macarıstan

7-ci yer: 43,98 Mbps internet ilə Birləşmiş Ərəb Əmirlikləri

8-ci yer: 42,09 Mbps ilə Cənubi Koreya

9-cu yer: 37,81 Mbps ilə Belçika

10-cu yer: 36,84 Mbps ilə İslandiya

Qeyd edək ki, Azərbaycan 18,23 Mbps internet ilə bu siyahıda Gürcüstanı keçərək 62-ci yerə sahib olub. Belə ki, Gürcüstan 17,50 Mbps ilə 65-ci olub. Qonşu Türkiyə isə 29,30 Mbps mobil internet sürəti ilə 28-ci yerdə qərarlaşıb.

Ermənistan bu siyahıda 19,76 Mbps sürət ilə 54-cü olub.

Mobil internet sürətinin ən zəif olduğu ölkə isə İraqdır. Belə ki, 3,03 Mbps ilə sonuncu yerdədir.

Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə