Ən yaxşı axtarış sistemini özünüz seçin!

01-09-2009 / 11:17

Ən yaxşı axtarış sistemi hansıdır? Bunu özünüz bilmək istəyirsinizsə, Blind Search adlı saytın köməyindən istifadə edin. Blind Search-də nəticələr adsız olaraq üç ayrı sütunda göstərilir. Google, Bing və Yahoo-nun hansının daha yaxşı nəticələr göstərdiyini Blind Search obyektiv qiymətləndirir.

Ən maraqlısı da odur ki, nəticələri hər bir istifadəçinin özü müəyyənləşdirir. Bunu etmək üçün də sayt axtarış sistemlərinin görünüşünü və logolarını ortadan qaldırıb, qarşınıza yalnız axtarılan sözlərin nəticələrini gətirir.

Blind Search hər üç axtarış mühərrikində eyni anda axtarış aparmağınızı təmin edir amma 3 ayrı sütunda göstərdiyi nəticələrin hansı axtarış sisteminə aid olduğunu sizə göstərmir. Siz sütunlardakı nəticələrin üzərinə klikləyirsiz, yalnız ondan sonra nəticənin hansı axtarış sisteminə aid olduğu göstərilir. Beləliklə ən yaxşı axtarış sisteminin hansı olduğuna siz qərar verirsiz.

İndiyə qədər sayt üzərindən 1 milyona yaxın axtarış müəyyənləşdirilib. Nəticələrdə Google hələki 1-cidir. Bütün axtarış nəticələrində sonuncu qiymətləndirmələrə görə, 41% Google, 31% Bing və 28% Yahoo seçilib.

Blind Search saytında siz də özünüzü sınaya bilərsiz. Bunun üçün www.blindsearch.fejus.com saytını ziyarət etmək lazımdır. Axtardığınız sözü saytın yuxarı hissəsindəki “search for” yerinə daxil edin. Nəticələrdən seçiminizi edəndə hansı axtarış sisteminin olduğunu bilmək üçün “Vote for” düyməsini basın və beləliklə sizin üçün ən yaxşı nəticəni göstərən axtarış sistemini müəyyənləşdirmiş olacaqsınız.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə