“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”

16-04-2016 / 12:55

ABŞ-da texnoloji startapların arzu edilən nəticəni verməməsi, hissə dəyərlərindəki azalmalar investorları ehtiyatlı davranmağa məcbur edir.

Silikon Vadisində yaxın zamanlarda böyük yatırımlar gözlənilirmi?

Xeberler.az National Venture Capital Association şirkətinin açıqladığı hesabata istinadən məlumat verir ki, 2016-cı ilin ilk rübündə  Silikon  Vadisində ümumi yatırım miqdarı 12, 1 milyard olub.

Birjadakı vəziyyət o qədər  ürəkaçan olmasa da, yuxardakı yatırım miqdarına baxanda vəziyyət o qədər də pis görünmür.

National Venture Capital Association 2016-nın ilk rübündə  yatırım miqdarının 12,1 milyard dollar olduğunu deyir.

Bu rəqəm  ötən ili ilk rübü ilə müqayisdə 1,6 milyard daha aşağı düşüb,  2015-in son rübü ilə paraleldir.

Hesabatda qeyd edilir ki, 2001-ci ildə  .com  domeninin satışıları ən yüksək həddə çadıqdan sonrakı dəyərləndirməni nəzərə alaraq hazırki vəziyyəti  ilk rüb dəyərləndirməsi üzrə ən yüksək yatırım kimi qiymətləndirmək olar.

Battery Ventures şirkətinin rəsmisi  Neeraj AgrawalPWC-dən Tom Ciccolella  hazırda çətin dövrün olmasına baxmayaraq, son rəqəmlərin yaxşı olduğunu düşünür.

Son vaxtlarda startap və özəl sərmayə şikətlərinin qazandığı fondlar da bunu təsdiqləyib.

Lyft-in aldığı 1 milyard dollarlık yatırım, Magic Leap-in 794 milyon dollarlık yatırımı 2016-nın ilk rübündə ən yüksək zirvədə yer alıb.

National Venture Capital Association yatırım alan startapların ümumi sayının 1000-ə ( 969) yaxınlaşdığını açıqlayıb.

“Ən yaxşı startapların çox pula ehtiyacı yoxdur”

Hesabata görə, ilk rübün nəticələrinə baxanda əvvəlki rüblərə görə böyümə mərhələsində  edilən yatırımlar 25, daha sonrakı mərhələdəki yatırımlar isə 10 faiz artıb.

Erkən mərhələdə olan yatırımların əvvəlki rübə nisbtən 18 faiz azalması diqqət çəkib .

Seed mərhələsində olan yatırımların 10 faiz azalması investorların risk almaqdan qorxduqlarını göstərir.

Bu məqamda Vadidəki vençur kapital  şirkəti Greylock Partners-in rəsmisi Ashen Chandnanın rəyi maraqlıdır.

Chandna yaxşı startapların çox  pula ehtiyacı olmadığını deyir. O hesab edir ki, mövcud vəziyyətdə də əldə olan vəsait də  böyük işlər görmək üçün kifayətdir.

 National Venture Capital Association bildirir ki,  proqram kateqoriyası üzrə 376 startap  5,1 milyard dollar yatırım alması ilə ilk sırada yer alıb  İkinci sırada isə 1,8 milyard  dollar yatırım ilə  biotexnologiya startapları gəlir.

3-cü  sırada media və əyləncə kateqoriyası üzrə 109 startap 930 milyon dollarlıq investisiya alıb.

Məltəm Talıbzadə


ŞƏRHLƏR



sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.