Enterpriseazerbaijan.com portalında İnnovativ startaplar mövzusunda təlim keçiriləcək

22-10-2018 / 11:57

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterpriseazerbaijan.com” portalı yenilik və texnologiya, tənzimləmə və siyasət kəsişməsində düşüncə lideri Ussal Şahbazın iştirakı ilə “İnnovativ startapları necə inkişaf etdirməli?” mövzusunda təlim keçirəcək.

Xeberler.az  bildirir ki, təlimdə biznes ideyalarının müəllifləri, startapçılar və gənc sahibkarlar iştirak edə bilərlər. Tədbir 24 oktyabr 2018-ci il tarixində saat 15.00-da İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin inzibati binasında (Landau küçəsi 16, Bakı, http://iqtisadiislahat.org/contact-us) təşkil olunacaq.

Tədbirdə iştirak üçün bu linkdən qeydiyyatdan keçmək tələb olunur: http://iqtisadiislahat.org/registration/ 

Qeyd edək ki, Ussal Şahbazın karyerası korporativ, qeyri-kommersiya və siyasət dünyasında liderlik mövqeyini əhatə edir. Onun fəaliyyəti barədə  Foreign Affairs, Forbes ABŞ, Techcrunch və Wamda kimi beynəlxalq media quruluşları məqalələr yazıblar. Ussal Şahbaz ABŞ Prezidentinin Sahibkarlıq Zirvəsi, Biznes 20 Çin, Qlobal Sahibkarlıq Sammiti Moskva, Ərəbnet Dubay, 5-ci İzmir Milli İqtisadiyyat Konqresi və digər tədbirlərdə məruzəçi olub. Son iki il ərzində Ussal GE-nin İstanbul İnnovasiya Mərkəzinin direktoru olmuşdur. Bundan əvvəl Ussal Google, Microsoft və Paypal şirkətlərinin məsləhətçisi kimi fəaliyyət göstərib. Ussal Şahbaz Harvard Universitetindən beynəlxalq inkişaf ixtisası üzrə magistr dərəcəsi alıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə