Erməni saytlarının qənimi olan azərbaycanlı hakerlərlər yerli provayderlərin hədəfində!!!

21-05-2009 / 12:56

Yüzlərlə erməni saytını dağıdan azərbaycaınlı haker qrupu - \"Azerbaijan Defacers\"ə qarşı Bakıdakı provayderlər tərəfindən blok qoyulub. Bu barədə \"Azerbaijan Defacers\" haker qrupunun üzvləri  xeberler.az-a ünvanladıqları məktubda bildirirlər.

\"Azerbaijan Defacers\" haker qrupunun üzvləri bildirirlər ki, \"Uninet\", \"Azeronline\", \"Bakinternet\" və digər provayderler azərbaycanlı hakerlərin toplaşdığı internet saytına Azdefacers.org-a öz DNS-lərindən blok qoyublar.

Hakerlər həmçinin bildirirlər ki, onlar provayderlərin saytlarını dağıtmaq istəmirlər: \"Çünki bu bizə yaraşmaz! Biz Ermənistan saytlarını dağıdırıq, Azərbaycan saytlarını yox.\"

\"Azerbaijan Defacers\" haker qrupu onlara blok qoyan provayderlərə məktubda sön söz olaraq aşağıdakıları dilə gətirirlər : \"Siz gecələr evdə isti çarpayılarınızad yatanda biz ermeni saytlarında, serverlərində boşluqlar axtarırıq və hacklayırıq! Haram olsun sizə bizim yuxusuz gecələrimiz!
Düz söz üz qızardar!
Bizə qalan isə Cənab Ali Baş komandanın hücum əmrini gözləməkdir! Hələlik biz Virtual müharibəmizi davam etdirəcəyik!\".

Qeyd edək ki, \"Azerbaijan Defacers\"  haker qrupu təkcə bu ilin iki ayı ərzində Ermənistanın 100-dən artıq saytını dağıdıb.


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.