Erməni səfirliyinin saytı dağıdıldı

01-07-2015 / 14:40

Xəbər verdiyimiz kimi ötən gün “ Monte Melkonian Cyber Army” erməni xakerləri Azərbaycanın bəzi milli saytlarına hücum edib öz mənfi mesajlarını saytlarımızda yerləşdiriblər.

Xeberler.az-ın məlumatına görə, bir saat əvvəl “Anti Armenian team” xaker qrupu erməni xakerlərin bu hərəkətini cavabsız qoymayıb.

Belə ki, Ermənistanın Rusiyadakı səfirliyinin rəsmi İnternet səhifəsi “Anti Armenian team” xakerlər tərəfindən dağıdılıb və saytın ana səhifəsində onların Azərbaycana qarşı təcavüzünü xatırladan mesaj yerləşdirilib.

Mesajda qeyd edilib ki, torpaqlarımızın 20 faizi ermənilər tərəfindən işğal olunub. 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın düşüb. Mesajda diqqətə çatdırılır ki, işğal olunmuş ərazilərin qeyri-şərtsiz boşaldılması haqda BMT Təhlükəsizlik Şurasının qətnamələri hələ də yerinə yetirilməyib.

Qeyd edək ki, Ermənistanın Rusiyadakı səfirliyinin rəsmi İnternet səhifəsi artıq bərpa edilib.

Məltəm Talıbzadə 

 

 

ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.